Zeytun yağı hansı xəstəliyin qarşısını alır
Mьəllif: admin1
Tarix: 10-06-2017, 10:22

 Şotlandiyada aparılan araşdırmanın nəticələrinə görə, zeytun yağında olan oleik turşunun xərçəng hüceyrələrini əngəllədiyi ortaya çıxdı.

 

Şotlandiyadakı Edinburq Universitetində aparılan tədqiqatda oleik turşunun "miR-7" deyə tanınan hüceyrə molekulu üzərindəki təsirləri müşahidə edilib.

 

Beyində təsirli olan miR-7 molekulu, xərçəng şişlərini sıxma xüsusiyyətinə malikdir. Amma MSI2 deyə bilinən bir hüceyrə zülalı, miR-7 istehsalını dayandıra bilir.

 

Zeytun yağında olan oleik turşu isə MSI2 zülalını idarə etdiyi müəyyən olundu. Beləliklə beyində daha çox miR-7 istehsalı təmin edərək xərçəngin qarşısının alındığı görülüb.

 

Nəticələri Molekulyar Biologiya jurnalında (Journal of Molekulyar Biologiya) yayımlanan tədqiqatda insanlardan alınmış hüceyrələrin istifadə edildiyi üçün, zeytun yağının insan orqanizminə bir faydası daha müəyyənləşmiş oldu.

 

deyerler.org

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031