Qətər əmiri Trampın təklifini rədd etdi
ABŞ prezidenti Donald Tramp "Körfəz böhranı”nı müzakirə etmək üçün Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sanini "Ağ Ev”ə dəvət etmişdi.
"Qafqzinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Al Sani Trampın dəvətini rədd edərək "Bu vəziyyətdə ölkəmi tərk etməyəcəyəm” deyə cavab verib.
Xatırladaq ki, Tram dünən Qətər əmiriylə telefonda danışaraq ehtiyac olarsa tərəflərə fərqli həll yolları təklif edə biləcəklərini, hətta "Ağ Ev”də iclas da təşkil ediləcəyini söyləyib. O, Al Sanini "Ağ Ev”ə dəvət etmişdi. Oxşar xəbərlər
|