Süd və süd məhsullarının oruc tutanlara faydası
Mьəllif: admin1
Tarix: 7-06-2017, 22:22

Süd və süd məhsullarının oruc tutanlara faydası

 Cari ildə yay mövsümünə təsadüf edən Ramazan ayında, oruc tutma müddəti 16-17 saat civarıdır.

Bu baxımdan bədənin imsaq və iftar vaxtlarında düzgün və tarazlı qidalarla bəslənməsi mühüm əhəmiyyət kəsb edir.

Modern.az yazır ki, tibb mütəxəssisləri Ramazan ayında süd və süd məhsullarını süfrədən əskik etməməyi məsləhət görür. Süd məhsullarının şorba, yemək və şirnilərdə istifadə olunması məqsədəuyğun görülür.

Belə ki, süd və süd məhsulları, uzun müddətli aclıq saatlarında bədənin protein və kalsium ehtiyacını ödəyən ən yaxşı qidalardan hesab edilir.

Tərkibi protein və kalsium başda olmaqla, yağ, karbohidrat və çox çeşidli vitaminlərlə zəngin olan süd məhsulları həzmi asanlaşdırır.
Mütəxəssislər bildirir ki, imsaq vaxtı içilən bir stəkan süd və ya ayran gün ərzində uzun müddət tox qalmağa kömək edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930