60 saniyədə yuxuya getməyi öyrədən üsul
Mьəllif: admin1
Tarix: 2-06-2017, 09:20

60 saniyədə yuxuya getməyi öyrədən üsul

 Ramazan ayında insanların ən çox çətinlik çəkdiyi vəziyyətlərdən biri də obaşdandan sonra yatmaqdır.

Deyerler.org-un verdiyi xəbərə görə, alimlər 60 saniyədə yuxuya getməyin yolunu göstəriblər.

Harvard Universitetinin alimi doktor Endrü Veil 4-7-8 adını verdiyi yatma üsulu ilə 60 saniyə ərzində insanın yuxuya gedəcəyini deyir.

 

Bu metodu tətbiq etməyə başlamazdan əvvəl ağzınızda olan bütün nəfəsi çölə buraxın və 4 saniyə ərzində burunla nəfəs alın. Sonra bir az çətinlik çəksəniz də 7 saniyə müddətində nəfəsinizi saxlayın. 7 saniyə ərzində saxladığınız nəfəsi 8 saniyə yavaş yavaş çölə buraxın. Bu prosesi sürətli şəkildə yox, 8 saniyə davam etməsinə diqqət edin.

Bu nəfəs üsulunu 3 dəfə ardıcıl təkrar edin. Bu proses cəmi 57 saniyə çəkir. Hərəkətlər düzgün edildikdə özünüzü gərgin olaraq yuxulu hiss edəcəksiniz.

 

Nəfəsi 7 saniyə ərzində saxlamaq idman növün əsasını təşkil edən hissə sayılır. Bədəni dərin nəfəs alıb oksigenlə doldursanız, nəfəsinizi tutanda oksigen bunun sayəsində bütün bədəninizdə yayılar.

Bu metod orqanizmi olduqca rahatlaşdırır. Həmçinin nəfəs alıb verməyə təmərküzləşdiyiniz üçün stress ilə zehninizdəki problemləri kənarlaşdırmağa kömək edəcək.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930