Sürücülərin nəzərinə- BU QAYDALAR QÜVVƏYƏ MİNİR
Mьəllif: admin1
Tarix: 1-06-2017, 11:06
Bцlmə: Xəbərlər

Sürücülərin nəzərinə- BU QAYDALAR QÜVVƏYƏ MİNİR

 Gürcüstanda Yol hərəkəti haqqında qanuna edilmiş dəyişikliklər bü gündən qüvvəyə minir.

Xəbər.ge xəbər verir ki, yeni dəyişikliyə əsasən bundan sonra sürücülük vəsiqələrinə bal sistemi də tətbiq olunur.

Qaydalara əsasən sürücü yol hərəkəti qaydalarını pozarkən cərimə ilə yanaşı vəsiqəsinə bal da yazılacaq.

Hər bir sürücülük vəsiqəsinə 100 bal tətbiq ediləcək. Hər bir qayda pozuntusuna uyğun olaraq sürücülük vəsiqəsinə yazılan bal ümumi 100 baldan çıxılacaq.

Bal sıfıra düşdükdə isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılacaq.

Sizlərə hansı halda nə qədər balın silinəcəyini təqdim edirik :

Təhlükəsizlik kəmərinin taxılmaması - 5 bal

Nömrəsiz hərəkət etmək - 30 bal

Zebradan keçən zaman qanunu pozmaq - 10 bal

İçkili şəxsə maşın vermək - 30 bal 

Saatda 40-la hərəkət etməli yerdə sürəti aşmaq - 20 bal

Küçənin ortasında park etmə - 30 bal

Mobil telefonla danışmaq zaman – 15 bal

Kiçik administrativ qaydaları pozmq – 5 bal

Qəza yerindən qaçmaq və yaxud polis dayandırdığı zaman dayanmamaq – 15-35 bal.

Yüksək sürətlə sürmək – 10 bal  

Uşaqları avtomobil ilə aparan zaman təhlükəsizlik qaydalarını pozmaq – 20 bal

Alkaqol və yaxud psixotrop maddələrinin təsiri altında avtomobil idarə etmək -  30-40 bal

İçkili sürücülərin isə sürücülük vəsiqəsi ləğv olunacaq, ancaq 3 ay ərzində 1500 lari cərimə ödəyərək vəsiqəsini qaytara biləcək.

İlin sonuna qədər pozuntalara yol verməyib, ballarını qoruyan sürücü hökümət tərəfindən hədiyələr veriləcək. Balları sonuna qədər xərcləyən sürücülər isə vəsiqəsi əlindən alınacaq.

Sürücü vəsiqəsinin balları azaldıqca sürücülərə Daxili İşlər Nazirliyindən xəbərdarləq mesajı göndərləcək.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031