İsti Ramazan ayında susuzluq ilə necə mübarizə aparmalı?
Mьəllif: admin1
Tarix: 21-05-2018, 10:14
İsti Ramazan ayında susuzluq ilə necə mübarizə aparmalı?
Oruc tutanlar imsakda yedikləri çox miqdarda və yüksək kalorili qidalar ilə bütün günü aclıqlarını tarazlaya biləcəklərini düşünürlər. Bəs görəsən mütəxəssislər bu barədə nə deyir?

"Haber7" saytı bu mövzu ətrafında araşdırma aparıb. Mütəxəssislər deyir ki, oruc tutanların imsakda yedikləri çox miqdarda və yüksək kalorili qidalar ilə bütün gün aclıqlarını tarazlıya biləcəklərini düşünürlər. Belə düşüncə çox yanlışdır. Balansızlaşdırılmış qaydada qidalanan insanlarda halsızlıq, depressiya, mədə ağrısı, həzmsizlik, təzyiqin düşməsi kimi bir çox sağlamlıq problemi yaşaması qaçılmazdır.

Ekspertlərə görə, imsaqda yumurta, pendir, süd, qatıq, çörək, yulaf əzməsi, zeytun, qoz ləpə, şorba, kompot və ya meyvəyə daha çox üstünlük vermək lazımdır. Bunlar toxluğu təmin edən qidalardır. Xüsusilə zülal ehtiva edən qidalar mədədə həzmi yavaşladan boşalmanı gecikdirəcək.

Şorba, ayran, süd və ya kompot kimi maye məhsullarını həcm örtərək tox qalmağı təmin edər və maye ehtiyacını azaldar.

Bəzi mütəxəssislər isə Ramazan ayında imsaklarda yemək yemək sağlamlıq baxımından doğru bir seçim olduğunu deyirlər. Yemək yemə vərdişi olanlar tərəvəz, qatıq və çörək kimi şeyləri də yeməlidirlər. Süd, yumurta, pendir, tam buğda çörəyi, qoz ləpəsi və meyvə də yeyilməlidir.

Nəzərə alsaq ki, isti havalarda su oruc tutanların ən böyük problemidir mütəxəssislər deyir ki, normalda qadınların gündəlik maye ehtiyaclarının orta səviyyəsi 2,7 litr kişilərin isə 3,7 litr təşkil edir. Bunun 12-14 stəkanı su, qalan qismi isə ayran, şorba, kompot kimi maye, qida və içkilərdən isə tərəvəz və meyvələrlər əvəz olunmalıdır. Susuz qalan bədən yorğunluq, əzələ halsızlığı, dəridə havasızlıq, həzm sistemində çətinlik, çaşqınlıq və istiliyə səbəb olar. Bunun üçün şübhəsiz imsaka qalxdıqda, iftar əsnasında və sonra da yatana qədər maye qəbuluna laqeyd yanaşmamaq lazımdır.



/deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930