Ən yaxşı ağrı kəsici tapıldı
Mьəllif: admin1
Tarix: 29-05-2017, 18:10

Ən yaxşı ağrı kəsici tapıldı

 İngiltərədə aparılan araşdırmaya görə, "Müsbət düşünərək" bədəndə hiss edilən ağrıları azaltmaq mümkündür.

Ağrının səbəb olduğu mənfi fikirlərlə vuruşan insanlar 60% daha az ağrı hiss edir.

Redinq Universitetində aparılan araşdırmaya qatılan 21-38 yaş arası 34 qadın və kişini iki qrupa ayıran ekspertlər, qruplardan birinə 5 dəqiqə ərzində Xüsusi Davranış Terapiyası (CBT) tətbiq edərək ağrının səbəb olduğu mənfi fikirlərlə mübarizə aparmağı öyrətdi.

Daha sonra bütün fərdlərin qollarına yanma hissi yaradan termal lentlər yapışdıran tədqiqatçılar, bütün fərdlərdən hiss etdikləri ağrı hədlərini müəyyən etdi. Təcrübə nəticəsində "müsbət düşünməyi" öyrənən fərdlərin, digərləri ilə müqayisədə 60 faiz daha az ağrı hiss etdiyi müəyyən edilib.

Təcrübədən əvvəl CBT olunan fərdlərin dərilərində termal lentlərin yapışdırıldığı yerdə yaranan həssaslığın daha səthi olduğu müşahidə olunub. Araşdırma Pain adlı elmi jurnalda dərc olunub.

 

Deyerler.Org

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930