İftarlarda diqqətli olun! Tez-tez yemək həyatınız üçün təhlükəlidir
Mьəllif: admin1
Tarix: 25-03-2024, 11:27
İftarlarda diqqətli olun! Tez-tez yemək həyatınız üçün təhlükəlidir
Türkiyənin "Sekiz Eylül Hastanesi"nin (Səkkiz Sentyabr Xəstəxanası) dietoloqu Sevgi Gökçen Ergün deyir ki, insanlar iftarlarda diqqətli olmalıdırlar. Onun sözlərinə görə, iftarlarda insanların tez-tez yemək yeməsi onların həyatları üçün təhlükə yaradır. Tez-tez yemək yemək hətta insanda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.

Ergün "CİHAN"a açıqlamasında bunları deyib: "Ramazan ayı yay aylarına təsadüf etdiyindən uzun müddət insanlar ac və susuz qalırlar. Adətən insanlar iftarlarda qidalanmaya etinasız yanaşırlar.

Əksəriyyət bilirki insana qidalandıqdan sonra doyumluq 20 dəqiqədən sonra gəlir. Yeməkləri tez-tez yeyən insan doyduğunu hiss etmir və bu səbəbdən çox yeyir.

Nəticədə ilk növbədə insanda piylənmə baş verir. Gün ərzində insan uzun müddət ac olduğundan qandakı şəkər nisbəti aşağı düşür.

İftarda qidalandıqda isə qandakı şəkərin miqdarı artır. Tez-tez qidalanarkən isə qandakı şəkərin qəflətən yuxarı qalxmasına səbəb olur ki, bu da orqanizmdə fəsadlar törədir.

Bu səbəbdən tez-tez qidalanan insanlar iftardan sonra bir müddət halsız olurlar. Həmçinin tez-tez qidalanan insanlarda şəkər xəstəliyinin yaranma riski artır.

Tez-tez yemək yeməyin nəticəsində bədəndə qabarıqlıq və həzmsizlik meydana gəldiyindən mədə xərçəngi riski də həddindən artıq çox olur.

Həmçinin iftarda həddindən artıq qida qəbul etməklə mədə tam dolur ki, bu zaman ürəyin fəaliyyətinə yük düşür və nəticədə infarkt riski artır.

Gərək insanlar qidalanarkən ehtiyatlı olsunlar. Yuxarıda sadaladığımız və sadalamadığımız xəstəliklərdən uzaq olmaq üçün asta-asta və fasilələrlə qidalanın".



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930