İsrail rejimi: "İŞİD məhv edilməməlidir"
Mьəllif: admin1
Tarix: 25-05-2017, 10:13
Bцlmə: Xəbərlər

İsrail rejimi: "İŞİD məhv edilməməlidir"

 Suriyanın cənubunda Əl-Qaidə başda olmaqla terror qruplaşması ilə əlaqədə olan sionist İsrail rejimindən bir səlahiyyətli mühüm açıqlamlar ilə çıxış edib.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, İsrail rejiminin Müdafiə Qüvvələrinin (İDF) adı açıqlanmayan bir rəsmisi Politico-dan Brayan Benderə müsahibə verib. İDF rəsmisi sionist İsrail rejiminin Trampın "İŞİD-lə müharibəni gücləndirməsindən" o qədər də razı olmadığını deyir.

İşğal altındakı Qolan yüksəkliklərinə gedən müxbir, regionda əvvəllər BMT-nin nəzarəti altında olan bəzi nəzarət məntəqələrində hazırda Nusra Cəbhəsinin bayrağının dalğalandığını vurğulayır. Bender İsrail rejimi-Suriya arasında kiçik bir İŞİD təlim düşərgəsinin olduğunu da deyir.

Bəzi İŞİD-çilərin qərbə və şimala qaçaraq onlara tərəf gəldiyini deyən İDF rəsmisi, İordaniyanın İŞİD-ə görə narahat olduğunu bildirir.

Bender İsrail rejiminə etdiyi hərbi və kəşfiyyat səfərlərində, ABŞ-ın İŞİD ilə mübarizəsinin İsrail rejimi tərəfindən vəziyyəti yalnız daha da pisləşdirmək kimi qəbul olunduğunu qeyd edir.

Sionist rejiminin bəzi komandirləri İraq və Suriyadakı Amerika fəaliyyətlərinin İŞİD-i Qərb üçün daha böyük bir təhdid vəziyyətinə gətirdiyini düşünür.

İsrail rejiminin rəsmiləri hesab edirlər ki, ABŞ İraq və Suriyadakı vəziyyətin mürəkkəbliyini dərk edə bilmir və burada tayfalar arasında İŞİD-ə dəstək olduğunu görmür. "Şərq Ərəb mentalitetinə qərbli bir məntiq gətirsəniz, bu əslində işin xeyrinə olmaz. Bir Qərb düşüncəsi Yaxın Şərqin heç bir yerində ərəb tayfalarının fərqlərini həqiqətən dərk edə bilməz", - deyə sionist komandirlərdən biri bildirir.

İsrailli kəşfiyyatçılar ABŞ-ın təlim-tədris və hərbi təchizat proqramını da tənqid edirlər. "MKİ-nin təlim proqramı Əsəd əleyhdarlarına, Pentaqonunkilər isə İŞİD əleyhdarlarına təlim keçir", - deyən bir kəşfiyyat rəsmisi, ABŞ-ın mövqeyinin nə olduğunu başa düşmədiyini qeyd edir.

Müxbirin danışdığı İsrail rejiminin rəsmilərinin üzərində razılaşdıqları yeganə məsələ, Əsədin hazırda müharibəni udması və bu məsələdə Hizbullaha borclu olmasıdır.

Qolan yüksəkliklərindəki bir İDF rəsmisi isə vəziyyəti belə şərh edir: "Əgər Əsəd qalib gələrsə, Hizbullah bir yox, artıq iki sərhədimizdə də olacaq".

General-mayor Yavne isə daha aydın danışır. O, İranın rəhbərlik etdiyi müqavimət oxunun beynəlxalq "cihad" (terror) şəbəkəsindən daha təhlükəli olduğunu deyir.

Bu vəziyyətdə İsrail rejimi üçün "ideal strategiya", qrupların bir-birinə hücum etməsi və müharibəni hərbi güc istifadə edərək başa çatdırmaqdansa, onu əhatə etməkdir.

Müxbirin İDF rəsmisinə - "ABŞ və müttəfiqlərinin İŞİD-in Suriya və İraqda yaşamasına icazə verib verməməsi barədə nə düşünürsünüz?", - verdiyi sualına cavab isə belə olub: "Niyə olmasın?".


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031