Acar torpağında türk-gürcü nifaqı
Mьəllif: admin1
Tarix: 19-06-2014, 12:07
Bцlmə: Xəbərlər
Acar torpağında türk-gürcü nifaqı

Mixail Saakaşvilinin Kirnati rayonunun bir hissəsini Türkiyəyə bağışladığı bildirilir
Son günlər Türkiyə-Gürcüstan sərhədində gərginlik yaşanır.

ANS PRESS-in məlumatına görə, Türkiyə sərhədçiləri Gürcüstanın içərilərinə doğru irəliləyib. Gürcüstan mətbuatının yazdığına görə, acarların yaşadığı Kirnati rayonunda sakinlər türk sərhədçilər tərəfindən saxlanılıb. Sərhədçilər sakinlərə onların Türkiyə torpaqlarına keçdiklərini deyib.

Rayon sakinləri məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də heç bir cavab ala bilməyib. Rahon İcra Hakimiyyətindən sakinlərə deyiblər ki, türk sərhədçilərin Kirnati rayonunun içərilərinə doğru girməsi ilə bağlı rəsmi Tbilisiyə müraciət etsin.

Hökumət nümayəndələrindən birinin “Vestnik Kavkaza” saytına müsahibsəində bildirib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prezident seçkilərində məğlubiyyətinə az qalmış Kirnati rayonunun bir hissəsini simvolik olaraq 1 lariyə Türkiyəyə bağışlayıb. Hökumət nümayəndəsinin sözlərinə görə, bununla bağlı sənəd də var.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031