Məhəmmədbaqir Qalibaf Seyyid Rəisinin xeyirinə namizədlikdən geri çəkildi
Mьəllif: admin1
Tarix: 15-05-2017, 20:58
Bцlmə: Xəbərlər

 Qısa bir müddət əvvəl İnqilab Qüvvələri Milli Cəbhəsinin həyata keçirdiyi iclasın yekununda seçkilərlə bağlı mühüm bir qərara imza atılıb.

 

Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, bu iclasda adı keçən cəbhənin namizədləri olan Məhəmmədbaqir Qalibaf və höccətül-İslam Seyid İbrahim Raisi bir-birinin lehinə namizədlikdən geri çəkilmək istəyirdi. Ancaq aparılan müzakirələr nəticəsində Məhəmməd Baqir Qalibaf, rəsmi bir bəyanat verərək, höccətül-İslam Raisinin lehinə namizədlikdən çəkildiyini elan edib, şərəfli bir gələcək üçün onun qələbəyə nail olunması istiqamətində əlindən gələni edəcəyini bildirib.

 

Seçki Kampaniyaları İşçi Qrupunun rəsmilərindən biri prezidentliyə namizəd Qalibafın bu addımının əslində geriyə çəkilmək olmadığını bildirib. "İttifaq yolunda atılan bir addımdır. Qalibaf kampaniyasının başa çatmadığını bildirmədi, əksinə höccətül-İslam Raisinin qələbə qazanması üçün var gücü ilə çalışacağını açıqladı", - deyə o? bildirib.

 

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031