Suriya ordusu terroçuların Qabun “qalasını” tam azad etdi
Mьəllif: admin1
Tarix: 15-05-2017, 12:16
Bцlmə: Xəbərlər

Suriya ordusu terroçuların Qabun “qalasını” tam azad etdi

 İslamazeri.com-un "Al-Ekhbariya” telekanalına istinadən verdiyi xəbərə əsasən, Suriyanın paytaxtı Dəməşq şəhərinin şərqində yerləşən Qabun kvartalı tam şəkildə terrorçulardan azad edilib və Suriya ordusunun tam nəzarəti altındadır.

"Suriya ordusu Dəməşqdəki Qabun rayonu üzərində nəzarəti bərpa edib.”, - deyə mənbədən bildiriblər.

Qeyd edək ki,Qabun kvartalı son zamanlaradək terrorçuların Dəməşq şəhərinin şərq yaxınlığındakı ən mühüm istinadgahlarından biri idi. Suriya ordusu 1 aydan çox idi ki, Qabunda "Nusra Cəbhəsi” terrorçularına qarşı aktiv hərbi əməliyyatlar apararaq, onların mövqelərini məhv edib. Terrorçular həmin mövqelərdən Dəməşq şəhərinin yaşayış kvartallarını atəşə tuturdular.

Ötən həftənin əvvəlində ölkə rəhbərliyi və bir sıra qeyri-qanuni silahlı dəstələr arasında son razılıq əldə edilib. Həmin sazişə əsasən terrorçuların bir qismi və onların ailə üzvləri Qabunu tərk edərək, İdlib istiqamətində yola düşüblər. Terrorçuların digər hissəsi isə - "Nusra Cəbhəsi” terror təşkilatının tərkibinə daxil olmayanlar - Suriya Prezidenti Bəşər Əsədin əmri əsasında qəbul edilmiş amnistiyanın qarşılığında silahı yerə qoymaq qərarını qəbul ediblər.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031