Yəməndə vəba epidemiyası nəticəsində 115 nəfər ölüb
Mьəllif: admin1
Tarix: 14-05-2017, 21:25
Bцlmə: Xəbərlər

Yəməndə vəba epidemiyası nəticəsində 115 nəfər ölüb

 Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 115 nəfərin həyatına son qoyub.

 

APA-nın "France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) açıqlayıb.

 

BQXK təmsilçisi Dominik Stillxart deyib ki, Yəmənin 14 vilayətində 8,5 mindən çox insan vəbaya yoluxub. Son həftə ərzində yoluxanların sayı 3 dəfəyə qədər artıb. Yəməndə xəstəxanalar tam dolub və xəstə axınını qarşılayacaq potensialda deyil.

 

Qeyd edək ki, Yəmən hakimiyyəti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031