Türkiyə Gülbəddin Hikmətyarı terror siyahısından çıxartdı
Mьəllif: admin1
Tarix: 30-04-2017, 22:27
Bцlmə: Xəbərlər

Türkiyə Gülbəddin Hikmətyarı terror siyahısından çıxartdı

 Türkiyə Nazirlər Kabineti Əfqanıstanın Hizbul-İslam Partiyasının lideri Gülbəddin Hikmətyarı terror siyahısından çıxarıb.

İslamazeri.com-un "Habertürk"ə istinadən verdiyi xəbərə görə, Hikmətyar haqqında 2013-cü ildə qəbul edilən mal varlığının dondurulması qərarı da ləğv edilib.

BMT Təhlükəsizlik Şurası (TŞ) fevral ayında Hikmətyarı qara siyahıdan çıxardıb. Hikmətyar 2003-cü ildə BMT TŞ-nin sanksiya siyahısına daxil edilmişdi. Bir vaxtlar Əfqanıstanın Baş naziri də olan Hikmətyar ilə Əfqanıstan Dövləti arasında oktyabr ayında sülh müqaviləsi imzalanmışdı.

Nazirlər Kabinetinin qərarı dünən "Rəsmi Qəzet"də yayımlanıb.

Hikmətyar İŞİD və "əl-Qaidə" əlaqəsi səbəbi ilə BMT-nin "terror" siyahısında olub.

Əfqanıstanın Hizbul-İslami Partiyasının lideri Gülbəddin Hikmetyar dünən Türkiyənin "Rəsmi Qəzet"ində yayımlanan Nazirlər Kabineti qərarı ilə terror siyahısından çıxarılıb.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031