Roma Papasının Misir səfəri start götürdü
Mьəllif: admin1
Tarix: 29-04-2017, 13:45
Bцlmə: Xəbərlər

Roma Papasının Misir səfəri start götürdü

 İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, ötən gün Roma Papası Fransiskin Misir səfəri start götürüb. Roma-katolik kilsəsinin başçısının səfəri ilə bağlı olaraq, ölkə ərazisində görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilib.

Ölkə paytaxtı Qahirə şəhəri və onun ətrafında minlərlə polis əməkdaşı və hərbi qulluqçu asayişi qoruyurlar. Pontifikin keçəcəyi küçələrdə zirehli texnika yerləşdirilib.

Xatırladaq ki, Papanın səfər proqramına Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Qipti kilsəsinin başçısı Tavadros və əl-Əzhar məscidinin Böyük imamı ilə görüşü daxildir.

Rəsmi Vatikanın məlumatına əsasən, Papanın Misir səfərinin məqsədi "dialoqa və xristian birliyinin həyatına yardımdır”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031