"Bu gün 100 ölkə, minlərlə peyk şəbəkələriylə savaşırıq”
Mьəllif: admin1
Tarix: 29-04-2017, 11:13
Bцlmə: Xəbərlər

"Bu gün 100 ölkə, minlərlə peyk şəbəkələriylə savaşırıq”

 İslamazeri.com-un "Al Alam”-a istinadən verdiyi xəbərə əsasən, Suriyanın baş müftisi Əhməd Bədruddin Həsun ölkəsinin gələcəyi barədə açıqlama verib.


Suriyanın qalib olduğunu deyən Əhməd Həsun bildirib: "Hələb şəhəri xalqımızın mübarizə, müqavimət və dözümünün simvoludur. Şam 6 ildir ki, belini bükməyib. Bəşər Əsədin də dediyi kimi: Suriyanın dəstəkçisi Allahdır. Laziqiyyə, Tərtus, Həma, Homs və digər şəhərlər həmvətənlilərimizə qonaqlıq edirlər. Bəzi evlərdə 5 ailə birlikdə yaşayır. Tərtusda olan kilsələrin birində 20 müsəlman, 45 xristian ailə məskunlaşıb. Kilsədə müsəlmanların namaz qılması üçün şərait yaradılıb. 100-dən çox ölkənin Suriyaya hücumu sizi məhv etmək məqsədiylə olmuşdur. Suriya sizə əmanətdir. 80 il öncə Fransayla mübarizə apardıq, bu gün isə 100 ölkə, minlərlə peyk şəbəkələriylə savaşırıq.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930