Trampdan Səudiyyə etirafı: Bizə qarşı dürüst olmadılar
Mьəllif: admin1
Tarix: 28-04-2017, 10:33
Bцlmə: Xəbərlər

Trampdan Səudiyyə etirafı: Bizə qarşı dürüst olmadılar

 İslamazeri.com0un "Reuters” agentliyinə istinadən verdiyi xəbərə əsasən, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-a qarşı "ədalətli olmayıb”. Rəsmi Vaşinqton krallığı müdafiə edərək, pullarından məhrum olur.

"Əgər düzünü desək, Səudiyyə Ərəbistanı bizimlə dürüst olmayıb, axı biz krallığın müdafiəsinə çox böyük pullar xərcləyirik.”, - deyə Tramp bildirib.

Bundan əlavə, Ağ Ev başçısı təsdiqləyib ki, may ayında baş tutacaq Avropa turnesi zamanı Səudiyyə Ərəbistanı və İsrailə də səfər edə bilər.

Qeyd edək ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında olan münasibətlər eks-prezident Barak Obamanın hakimiyyəti dövründə Ağ Ev administrasiyası nüvə sazişinə əsasən İrandan sanksiyaları götürmək qərarını verəndə "laxlayıb”. Bundan da başqa, rəsmi Ər-Riyad həmin dövrdə ABŞ administrasiyasını Yaxın Şərqdəki münaqişələrin, hər şeydən də öncə Suriya münaqişəsinin həlli üçün lazımi səylər göstərməməkdə təqsirləndirib. Adıçəkilən ərəb krallığı rəsmi Vaşinqtonun Yaxın Şərqdəki ən sadiq müttəfiqlərindən biridir.

 
 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930