Türkiyədə 9000 mindən çox polis işdən çıxarıldı
Mьəllif: admin1
Tarix: 27-04-2017, 11:57
Bцlmə: Xəbərlər

Türkiyədə 9000 mindən çox polis işdən çıxarıldı

 İslamazeri.com-un "CNN Turk” telekanalına istinadən verdiyi xəbərə əsasən, Türkiyə hakimiyyəti Fətullah Gülənlə əlaqələrin araşdırılması çərçivəsində daha 9100 polis əməkdaşını tutduğu vəzifədən kənarlaşdırıb.

Ötən gün məlum olmuşdu ki, Türkiyə polisi ölkənin 72 əyalətində keçirdiyi genişmiqyaslı əməliyyat zamanı 1000-dən çox ehtimal edilən Gülən tərəfdarı tutub. Əməliyyata 8500 polis cəlb edilib.

Qeyd edək ki, Türkiyədə çevrilişə cəhddən sonra təqribən 32 min nəfər həbs edilib, təxminən 100 min dövlət qulluqçusu isə tutduğu vəzifədən kənarlaşdırılıb.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031