Müsəlman uşaqları gözü götürməyən fransız mer cərimələndi
Mьəllif: admin1
Tarix: 26-04-2017, 21:25
Bцlmə: Xəbərlər

Müsəlman uşaqları gözü götürməyən fransız mer cərimələndi

 İslamazeri.com-un BBC-ə istinadən verdiyi xəbərə əsasən, Fransa şəhərlərindən birinin meri ölkə məktəblərində "həddən çox” müsəlman uşaqların olması haqda etdiyi bəyanatına görə cərimələnib.

Səsküylü qalmaqalın səbəbkarı Bezye şəhərinin meri Rober Menar.

"Şübhəsiz, bu problemdir. Tolerantlığın da həddi var.”, - deyə mer bildirib.

Şəhər başçısının sözləri KİV və sosial şəbəkələrdə yayıldıqdan sonra, o ədavətin qızışdırılmasında ittiham edilib və 2 min dollar həcmində cərimələnib.

Qeyd etmək lazımdır ki, Menar "Milli Cəbhə” konservativ millətçi partiyasının tərəfdarıdır. O, artıq bildirib ki, təyin edilmiş cərimə məbləğini şikayət edəcək.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930