Mosul əməliyyatında son vəziyyət: İŞİD mühasirəyə alındı
Mьəllif: admin1
Tarix: 22-04-2017, 10:25
Bцlmə: Xəbərlər
Mosul əməliyyatında son vəziyyət: İŞİD mühasirəyə alındı
İslamazeri.com xəbər verir ki, İraq Xalq Könüllü Qüvvələri komandanlarından Məhəmməd əl-Bəsri Fars xəbər agentliyinə Bağdadda verdiyi müsahibədə, Mosulun qərbinin azad edilməsi əməliyyatında son hadisələrlə bağlı belə açıqlamalar verib: Qərbi Mosulun azad edilməsi əməliyyatına qoşulan silahlı qüvvələr və ordu birlikləri İŞİD terror təşkilatının hər tərəfdən mühasirə altına almağı bacarıb.

Əl-Bəsri Mosulun qərbində İŞİD terror təşkilatının bir neçə kiçik keçiddən başqa, bütün yollarının bağlandığını qeyd edərək sözlərini belə davam etdirdi: Yeni bölgələrin və məhəllələrin azad edilməsi ilə bu keçidlər də bağlanacaqdır və beləliklə, Mosulun 70 %-ini xilas etməyi bacararaq əməliyyatın sonuna yaxınlaşmış olacağıq.

İraqlı komandir xatırlatma edərək sözlərini belə davam etdirib: Ordu qüvvələri və silahlı qüvvələr bütün imkanları ilə və könüllü xalq qüvvələrinin dəstəyi ilə Mosulun qərbində azad edilməmiş bölgələrdəki irəliləmələrini davam etdirir.

Əl-Bəsri açıqlamalarının davamında Mosulun qərbindəki bəzi məhəllələrdə İŞİD terrorçuları ilə İraq Ordusu arasında şiddətli qarşıdurmalara işarə edərək bu ifadələri işlədib: Hər nə qədər İŞİD terror təşkilatı bu məhəllələri itirməmək üçün bütün imkanlarını səfərbər etsə də ancaq İraqlı qüvvələr şiddətli qarşıdurmalara baxmayaraq bu məhəllələrdəki irəliləmələrini davam etdirir.

İraqlı komandir sözlərinin sonunda Mosulun qərbində və şərqində yerləşən silahlı birliklər arasında tam bir koordinasiya və əməkdaşlıq olduğunu vurğulayaraq bu ifadələri işlətdi: İŞİD terror təşkilatının Mosulda hər tərəfdən mühasirəyə alınması bu koordinasiya və əməkdaşlığın nəticəsidir və Mosulun qərbində yerdə qalan kiçik çıxışların bağlanması xəbəri də, Mosulun azad edilməsi əməliyyatının bu mərhələsinin qurtarması ilə birlikdə yaxın zamanda elan ediləcək.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031