Qazaxıstan prezidenti sələfilik təhlükəsindən danışdı
Mьəllif: admin1
Tarix: 21-04-2017, 20:31
Bцlmə: Xəbərlər
Qazaxıstan prezidenti sələfilik təhlükəsindən danışdı
Qazaxstan prezidenti Nursultan Nazarbayev ölkə ruhaniləri ilə rəsmi görüşü zamanı dinin millətin həyatında rolu və dini münasibətlərin dövlət tərəfindən tənzimlənməsi tədbirlərinin xüsusi əhəmiyyətini vurğulamışdır. Nazarbayev milli dəyərlər, mədəniyyət və ənənələrin qorunması və destruktiv dini təlimlərlə mübarizənin zəruriliyinə də diqqət çəkib. (lenta.ru)
“Əgər gənclik millətimizə yad öyüdlərin ardınca getsə, o zaman dövlətin işi necə olacaq? Müstəqil Qazaxstan işıqlı gələcəyə malik olmalı, millət vahid olmalı, ölkə laik olmalı və daha da inkişaf etməlidir. Məqsədimizə zidd çıxanlara dözməyəcəyik” – deyə Nazarbayev bildirib.
Bundan əlavə, Qazaxstan prezidenti ruhanilərlə söhbətində qeyd edib: “Savadsızlıqdan gənclərimiz saqqal saxlayır və şalvarlarını qısaldırlar. Özünü tamamilə qara geyimlə örtən qazax qızlarının sayı artır. Bu nə bizim ənənələrə, nə də xalqımıza uyğun deyil. Qazaxlar matəm vaxtı qara geyinərlər”.
Qeyd edək ki, Qazaxstan əhalisinin əksəriyyəti İslamın hənəfi məzhəbinə mənsub müsəlmanlardır. Bununla belə ölkədə son illərdə sələfiliyin yayılması müşahidə edilir. Rəsmi məlumatlara görə ölkədə 15 000 sələfi yaşayır. Radikal meyllərinə görə sələfiliyin artması hökumət dairələrində narahatlıq yaradır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930