Bəşər Əsəd İŞİD lideri Əbubəkr Əl-Bağdadinin həbs edilməsini təkzib etdi
Mьəllif: admin1
Tarix: 21-04-2017, 20:29
Bцlmə: Xəbərlər
Bəşər Əsəd İŞİD lideri Əbubəkr Əl-Bağdadinin həbs edilməsini təkzib etdi
İdlibdə edildiyi iddia olunan kimyəvi hücum barədə danışan Suriya prezidenti Bəşər Əsəd, İŞİD lideri Əbubəkr Əl-Bağdadinin həbs edilməsinə dair iddialara da cavab verib.

Deyerler.org xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd Sputnik-ə verdiyi müsahibəsində, Əl-Bağdadinin həbs edilməsinə dair mətbuatda gedən iddiaları təkzib edib: "Xeyr, bu doğru deyil. Sərhəd hazırda İŞİD-in nəzarəti altındadır. Sərhədə Suriya, Rusiya, ABŞ və ya bir başqa Qərb ölkəsi tərəfindən yox, yalnız İŞİD tərəfindən nəzarət olunur. Bu səbəblə Əl-Bağdadi həmin bölgədə tamamilə təhlükəsizlikdədir".

Digər tərəfdən, Əsəd BMT-yə məktub göndərərək, İdlibin Xan Şeyxun qəsəbəsindəki kimyəvi hücumun araşdırılması məqsədilə bölgəyə nümayəndə heyəti göndərməsini tələb etdiklərini bildirib. Əsəd məktuba hələ cavab almadığını vurğulayıb.

Əsəd BMT-nin bu ana qədər bölgəyə nümayəndə göndərməməsinin səbəbinin ABŞ və Qərb ölkələrinin buna mane olması ilə əlaqələndirib. "Mütəxəssislər Xan Şeyxuna gələcəkləri təqdirdə, kimyəvi hücumla bağlı bütün iddiaların yalan olduğunu başa düşəcəklər. Terrorçuların bir neçə il əvvəl Hələbdə Suriya ordusuna qarşı həyata keçirdiyi ilk hücumdan sonra, Dəməşq BMT-yə müraciət etdi və terrorçuların qaz istifadə etdiyinin sübut olunması üçün mütəxəssis göndərilməsini tələb etdi. Bu müraciətdən sonra, oxşar bir neçə hadisə də baş verməsinə baxmayaraq, BMT heyyət göndərmədi. Eyni hal bu gün də yaşanır" - deyə o vurğulayıb.

Digər tərəfdən, Suriyadakı həmin bölgələrə heyət göndərilməsi üçün yalnız Rusiya və bir neçə ölkənin görüşlər keçirdiyini bildirən Suriya prezidenti, bu ana qədər bu məsələdə müsbət xəbərlər ala bilmədiklərini vurğulayıb.

Xan Şeyxuna kimyəvi hücumun olmadığını deyən Əsəd, əslində bunun bir təxribat olduğunu vurğulayıb. O, kimyəvi hücum iddialarının ABŞ tərəfindən Şayrat bazasına hücum etmək üçün bir bəhanə olduğunu qeyd edib.

Suriya hökumətinin Xan Şeyxunda yaraqlılara məxsus anbarlarda kimyəvi maddələrin olması barədə məlumata malik olmadığını deyən Əsəd belə danışıb: "Bu bölgə Nusra Cəbhəsinin, yəni əslində Əl-Qaidənin nəzarətindədir. Dünyanın əldə etdiyi yeganə məlumat, bu təşkilatın, Nusranın YouTube, ümumiyyətlə internet və Qərb mediasının vasitəsilə yaydığı məlumatdır. Bu səbəbdən, bu məlumatlar əsasında təhlil edə bilmərik".

Əsəd, sözlərinə belə davam edib: "Birincisi, Xan Şeyxunda saat 11:30-da vurduğumuz hədəflərin kimyəvi maddə anbarları olub olmadığını bilmirik. Onlar hücumun səhər saat 6:30-da baş verdiyini iddia edir. Bu saatlarda heç bir hücum etməmişik. Bu səbəbdən bunun bir təxribat olduğuna inanırıq, heç bir hücum olmayıb".

Xan Şeyxun görüntülərinin Ağ Dəbilqəlilərin 2 il əvvəl çəkdiyi görüntülərlə eyni olduğunu qeyd edən Əsəd belə deyib: "Rusiya hava hücumunda uşaqların öldüyünü göstərən fotoların, daha sonra saxta olduğu məlum oldu. Bir uşağı götürüb üzərini saxta qan və palçıqla çirkləndirib fotosunu çəkdilər. Digər görüntülər də buna bənzərdir".

Suriya prezidenti Şayrat bazasına hücumun əvvəlcədən planlaşdırıldığını iddia edir: "Onlar bizi eşitmək istəmədi, araşdırmaq istəmədi, yalnızca hücum etmək istədilər. Xan Şeyxun bir təxribatdı, çünki qaz sızması və ya hücum olmuşdursa və iddia etdikləri kimi 60 adam ölmüşdürsə, onda şəhərdə necə olur ki, əvvəlki kimi yaşayış davam edir? Xalqı təxliyə etmədilər. Şəhərdən heç bir nəfər belə getmədi, həyat normal şəraitində davam edir, halbuki onların iddiasına görə kütləvi qırğın silahı istifadə edilib".

ABŞ-ın Şayrat hava bazasında kimyəvi silah olduğunu iddia etdiyini xatırladan Əsəd belə danışıb: "Bütün anbarları vurdular, amma qaz yayılmadı. Hərbçilər və əsgərlərdən heç kəs qazdan zəhərlənmədi. Bu da Şayratdan heç bir qaz hücumunun edilmədiyini göstərir. Hadisə Şayratı vurmaq üçün bir təxribat idi".

Ağ Dəbilqəlilərin Xan Şeyxunda çəkdiyi görüntülərin zarin qazı istifadə edilməsi iddiaları ilə zidd olduğunu deyən Suriya prezidenti belə deyib: "Görüntülərdə xilaskar olduğu iddia edilən şəxslərin maska və əlcək taxmadan insanlara kömək etdiyi görünür, rahatlıqla gəzirlər. Bu necə olur? Bu zarin qazının xüsusiyyətlərinin əksinədir. Bu mümkün deyil, onlar da digərləri kimi, ölməli idi. Baxmayaraq ki, görüntülərdə yerdə yatan şəxslərin ölü olub olmadığını da bilmirik. Bu görüntüləri montaj etmək asandır. Bu səbəbdən xüsusilə Əl-Qaidənin görüntüləri əsasında qərar vermək doğru deyil".

Deyerler.org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031