Gəlin ərindən qeyri-adi mehriyyə tələb etdi
Mьəllif: admin1
Tarix: 20-04-2017, 22:25
Bцlmə: Xəbərlər
Gəlin ərindən qeyri-adi mehriyyə tələb etdi
İslamazeri.com-un islam mediasına istinadən verdiyi xəbərə əsasən, Qırğızıstandan olan və yenicə toyları olmuş bəy və gəlin təmtəraqlı və gurultulu toyun yerinə pullarını xeyriyyəçiliyə xərcləyiblər. Onlar ata və ana qayğısından məhrum olmuş uşaqlar üçün bayram tədbiri təşkil edərək, onlara qiymətli hədiyyələr veriblər.

Dindar bəy və gəlin toylarından sədəqə vermək üçün bir "bəhanə" kimi istifadə ediblər.

Qeyd etmək lazımdır ki, bu, toy zamanı israfçılıq və lazımsız ifratçılıqdan imtina etmiş ilk cütlük deyil. Xeyriyyəçi “toy” estafeti Qırğızıstanda surətli şəkildə populyarlıq qazanır. Çünki bir çox insanlar həqiqətən yardıma ehtiyyacı olan insanlara kömək etməyin nə dərəcədə mühüm olduğunu anlayır.

Belə ki, 2016-cı ilin oktyabr ayında Qırğızıstanın sərbəst güləş üzrə kubokunun sahibi Arzubek Karıbekovun gələcək həyat yoldaşı ondan mehriyyə kimi uşaqlar evindəki yetimləri dadlı yeməklərə qonaq etməyi istəyib. Müsəlman gənc, xanımının bu istəyinə tam cavabdehliklə yanaşaraq, Cəlalabad şəhərindəki uşaqlar evlərindən birində uşaqlar üçün əsl bayram təşkil edib. Həmin tədbir zamanı uşaqlar pizzalara, dondurmalara və müxtəlif dadlı təamlara qonaq edilməklə yanaşı, onlar üçün də xüsusi əyləncəvi proqram da təşkil edilib.

Qeyd etmək lazımdır ki, gənc cütlük öz ovladlarının hər ad günündə evsizlərin qarınlarını doyurur, fiziki qüsurlulara yardım edir, ata-anasız uşaqlara paltar, məktəb ləvazimatı və kitablar hədiyyə edirlər. Onların sözlərinə görə, ölkədə həddən çox sosial problemlər var, və əgər hər bir şəxs bu məsələlərə laqeyd və etinasız yanaşmasa, o zaman onların sayı ciddi şəkildə azalacaq.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930