ABŞ-dan Yəmən müharibəsi etirafı
Mьəllif: admin1
Tarix: 20-04-2017, 12:55
Bцlmə: Xəbərlər
ABŞ-dan Yəmən müharibəsi etirafı
Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda danışan ABŞ müdafiə naziri Ceyms Mattis, "Yəməndə həyatını itirən məsumların sayına baxsaq, müharibəyə son verməyin lazım olduğu nəticəsinə asanlıqla gəlirik" - deyib.

İslamazeri.com xəbər verir ki, Fransa xəbər agentliyinin bildirdiyinə görə, ABŞ müdafiə naziri bu açıqlamasında, Amerikanın Yəmən müharibəsində Ərəbistanın daha təsirli hücumlar etməsi üçün kəşfiyyat yardımı etdiyini və koordinatları verdiyini etiraf edib.

Səudiyyə Ərəbistanı, Misir, İsrail, Qətər və Cibutini əhatə edən səfərlərinin ilk dayanacağı olan Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda mətbuat konfransı keçirən Mattis, Səudiyyə Ərəbistanının region və ABŞ-ın maraqları üçün təhlükəsizlik skeletinin önəmli bir hissəsi olmağa davam etdiyini və hərbi yardımların artaraq davam etməsi imkanının olduğunu deyib.

Mattis iki ölkə arasındakı strateji münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi çərçivəsində Səudiyyə Ərəbistanlı rəsmilərlə görüşlər keçirəcəklərini qeyd edib.

ABŞ-ın Yəməndəki əməliyyatları isə mülki itkilər səbəbindən uzun müddətdir mübahisə mövzusudur. Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsinə verilən dəstək də, ABŞ-ın regiondakı siyasətinin müzakirə edilməsinə yol açır.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031