Amerikalı müsəlmanlar: "Təhdid məktubları alırıq"
Mьəllif: admin1
Tarix: 19-04-2017, 23:37
Bцlmə: Xəbərlər
Amerikalı müsəlmanlar: "Təhdid məktubları alırıq"
ABŞ-dakı ən böyük müsəlman qeyri-hökumət təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAİR) Qurani-Kərimə təhqir və özlərinə qarşı təhdid ehtiva edən məktub aldıqlarını bildirib.
Deyerler.org-un xəbərinə əsasən, CAİR tərəfindən edilən açıqlamada, təhdid məktubunun paytaxt Vaşinqtonda yerləşən mərkəzi ofisə göndərildiyini bildirilib: "Məktubda bizə təhdidlərlə yanaşı, İslama qarşı təhqirlər də əks olunub. Qurani-Kərimin ingilis dilində tərcüməsindən bəzi səhifələr cırılaraq, məktubun içinə əlavə olunmuşdur".
CAİR onlara göndərilən təhdid məktubunun sosial şəbəkədə paylaşdıqdan sonra isə, dəstək zəngləri aldıqlarını və məktubun göndərildiyi ofislərinə bir çox amerikalının dəstək vermək üçün baş çəkdiyini bildirib.
CAİR-in sədri Nihad Avad da, ABŞ-da prezident seçkilərindən sonra onlara qarşı hədələrin artdığını vurğulayıb. "Bizə göndərilən təhdid məktubu, prezident seçkilərindən sonra, ABŞ-da müsəlmanların və azlıqların hədəfə çevrilməsinin təkcə bir nümunəsidir", - deyə o bildirib.
Avad ABŞ-da fəaliyyətlərinə davam edəcəklərini qeyd edərək belə danışıb: "Bu təcavüzkar davranış bizi qorxutmaz. ABŞ-da insan hüquqları və dini azadlıqlar başlığı altında mübarizəmizə davam edəcəyik".

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031