Ərdoğan kilsədə cümə namazı qılacaq
Mьəllif: admin1
Tarix: 12-04-2017, 22:31
Bцlmə: Xəbərlər
Ərdoğan kilsədə cümə namazı qılacaq

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Müqəddəs Sofiya (Aya Sofya) məbədində cümə namaz qılacaq.

Türkiyə mətbuatı prezidentin bu qərarını birmənalı qarşılamayıb. Jurnalistlərin fikrincə, ölkə başçısı belə bir addımı, bu yaxınlarda Türkiyə ilə Niderland arasında baş vemiş diplomatik qalmaqaldan sonra Qərblə münasibətlərdə yaranmış gərginliyə cavab olaraq atır.

Qeyd edək ki, Aya Sofya Bizans İmperiyasının mədəni irsi hesab edilir. Analitiklər hesab edirlər ki, orada namazın qılınması xristian-müsəlman münasibətlərini gərginləşdirə bilər.

Əlavə edək ki, Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəddir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930