Suriyada bu yaşayış məntəqələri silahlı mübarizəyə son qoydu
Mьəllif: admin1
Tarix: 10-04-2017, 22:49
Bцlmə: Xəbərlər
Suriyada bu yaşayış məntəqələri silahlı mübarizəyə son qoydu
İslamazeri.com-u RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi bu ölkədəki son vəziyyətlə bağlı məlumat yayıb.

“Sutka ərzində əs-Suvəyda əyalətində yerləşən əl-Ənat və Şinnir yaşayış məntəqələri ilə barışıq prosesinə qoşulmalarına dair 2 saziş imzalanıb. Beləliklə də, barışıq prosesinə qoşulmuş yaşayış məntəqələrinin sayı artaraq 1448-a çatıb.”, - deyə Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumat bülletenində deyilir.

2016-cı ilin fevral ayının 27-si qəbul edilmiş barışıq haqda sazişə müvafiq olaraq atəşkəs rejiminin şərtlərini qəbul edərək, ona əməl edən silahlı dəstələrin sayı isə 140-dır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930