Balın möcüzəvi təsirləri - ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 9-04-2017, 12:13
Balın möcüzəvi təsirləri - ARAŞDIRMA
Balın həqiqətən də bir möcüzə olduğunu yanına kiçik ədviyyat, meyvə, və s. əlavə edərək görə bilərsiniz.
Deyerler.org-un verdiyi xəbərdə, hər şeyin dərmanının bal olduğunu aşağıdakı tövsiyyələrdə öyrənə bilərsiniz.

Bal və sitrus bitkisi qarışığı
Boğaz ağrıları və qrip üçün uyğun bir qarışıqdır. İçinə bir az da zəncəfil atsanız boğazınızı yaxşılaşdığını və balın da bakteriyaların məhv olmasına kömək olması səbəbiylə tez yaxşılaşdığınızı görəcəksiniz. Qış gələndə nəzərə alın!

Bal və limon
Yüksək hərarət və soyuq soyuqdəymənin simptomlarının yaxşılaşdırılmasında bundan daha yaxşı bir qarışıq tapa bilməzsiniz. Balın içinə kəsdiyiniz limon dilimlərini atın, bir az gözləyib istehlak edin.

Bal və darçın
Darçın və bal qarışığı immunitet sisteminizi dəstəkləyəcəkdir, bunu etmək eyni zamanda yüksək təzyiq və ürək narahatlıqları ilə mübarizə edən orqanizminizə kömək olacaqdır.

Bal və zəncəfil
Zəncəfil steroid olmayan iltihaba qarşı dərmanlar kimi işləyərək, infeksiyaların sağalmasında kömək edir, həmçinin qan dövranına da kömək etdiyi bildirilir. Balla birlikdə istifadə olunanda mədə narahatlıqlarına qarşı əvəzolunmaz bir dərmandır.

Bal və qərənfil
Bu tövsiyyənin mahiyyətini qərənfilin içində olan çox güclü ağrıkəsici olan Eugenol yaradır. Eugenol, eyni zamanda bal kimi güclü antiseptikdir ki, bu da infeksiyalarla misilsiz iş görür. Qərənfil digər eugenol mənbələrindən 20 dəfə daha çox eugenol var. Bu da diş ağrılarınızın qarşısının alınmasında effektiv təsir bağışlayır.

Bal və alma sirkəsi
Sirkə həzmi və mineral sorulmasını artıran təsiri ilə birlikdə, bu qarışıq reflyuksu olanlar üçün ecazkar bir dərmandır. Rahat olmaq üçün bu qarışığı hər gün istehlak edə bilərsiniz.

Bal və nəmləndirici krem
Bədəninizdəki çatlaqları kremə nisbətən daha yaxşı bərpa edəcək və sürətlə yaxşılaşdıracaqdır.

Bal və qəhvəyi şəkər
Qurumuş dərinizi nəmləndirmək və ölü dəridən xilas olmaq üçün gözəllik salonlarına pul verməyinizə ehtiyac yoxdur. Bu qarışıq istədiyinizi artıqlaması ilə verəcək.

Bal və qatıq
Probiyotiklər baxımından son dərəcə zəngin olan qatıq həm iltihabı azaldacaq, həm də dərinin təbii ph balansını təmin edəcəkdir. Balla qarışdıraraq əldə etdiyiniz qarışıq isə sızanaqlarla mübarizədə əvəzolunmaz bir maska olacaqdır.

Bal və hindqozu (kokos) suyu
Hindqozu suyu bolluca elektrolit tərkibə malikdir, bu da əzələ ağrılarına səbəb olan dehidrasiyanı aradan qaldırmağın ən yaxşı yoludur. Enerji də verməsini istəyirsinizsə, qarışığa sitrus bitkisi də əlavə edə bilərsiniz.

Bal və limon
Bal, limon və isti su. Son aparılan tədqiqatlar bal və limonun çəki azaltmada ən effektiv üsul olduğu məlum olub.

Bal və alma sirkəsi
Ayurveda mətnlərinə görə, orqanizm toxumasında yağlardan və xolesterindən xilas olmağın ən yaxşı yolu.

Bal və zərdəçal
Bal və zerdeçal qarışığını gündə üç dəfə tətbiq etdiyiniz təqdirdə, ağız içi yaraların çox daha sürətlə yaxşılaşdığını görəcəksiniz.

Bal və təzə zəncəfil
Bal və zəncəfil suyu qarışığından gündə iki dəfə istifadə edilməsi vəziyyətində sinusları rahatlaşdırdığı isbat edilmiş bir rallıqdır.

Bal və portağal suyu
Araşdırmalar portağalın sakitləşdirici bir təsirinin olduğunu və yorğunluğun, süstlüyün və narahatlıqların aradan qaldırılmasında effektiv olduğunu ortaya qoymuşdur. Balla qarışdırdığınız təqdirdə, həyəcan ilə mübarizədə güclü bir təsirini görəcəksiniz. Sitrus quruluşunun, həmçinin müvazinəti artırdığı da məlum olan bir həqiqətdir.

Bal və ananas
Siqaretinin yol açdığı zərərli təsirlərin minimuma endirilməsində bu qarışığın son dərəcə faydalı olduğunu görəcəksiniz.

Bal və hind yağı
Heyrətamizdir, bu qarışıq hıçqırığınızı ani olaraq kəsəcəkdir.

Bal və darçın
Alimlər balın yalnız zədəli dərini bərpa etməklə kifayətlənmədiyini, son dərəcə ciddi ekzema hallarında quru toxumaların atılmasında və yeni toxuma əmələ gəlməsini təşviq etmədə də işə yaradığını sübut etmişlər

Bal və yumurta ağı
Bal və zəngin zülal mənbəyi olan yumurta ağı hazırlayacağınız bir maska ilə saçlarınızı qidalandıracaq və onları yeniləyəcəkdir.


Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930