Marqvelaşvili: "Gürcüstan Avropa İttifaqına namizəd olmaq üçün fəal işə başlamalıdır"
Mьəllif: admin1
Tarix: 9-04-2017, 09:51
Marqvelaşvili: "Gürcüstan Avropa İttifaqına namizəd olmaq üçün fəal işə başlamalıdır"
“Gürcüstan Avropa İttifaqına namizəd ölkə olmaq üçün fəal işə başlamalıdır”.

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə parlamentində çıxışı zamanı deyib.

“Demokratiya, müvafiq institutları, insan haqları, qanunun aliliyini, iqtisadiyyatın inkişafını gücləndirmək və işlək olan məhkəmə sistemi yaratmaq lazımdır. İqtisadi və sosial problemləri nizamlamaq elə də asan deyil. Onların həlli Avropaya inteqrasiya prosesi ilə bağlıdır. Bu istiqamətdə addımlar atmışıq. Lakin nail olduqlarımızın üzərində dayanmamalıyıq. Gürcüstanın hədəfi tarixi Avropa ailəsinə qayıtmaqdır”, - deyə o vurğulayıb.

Marqvelaşvili qeyd edib ki, Gürcüstan xarici siyasətinin əsas prioritetlərindən biri Avropa-Asiya nəqliyyat dəhlizinin genişləndirilməsidir və bu istiqamətdə yeni layihələrdə daha geniş iştirak etməkdir.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031