Limonadın faydaları və zərərləri - ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 7-04-2017, 11:02
Limonadın faydaları və zərərləri - ARAŞDIRMA
Buz kimi bir limonadın verdiyi rahatlıq heç şübhəsiz əksəriyyətimiz üçün danılmazdır. İsti günlərdə ən çox üstünlük verilən içkilərdən biri olan limonad C vitamini anbarıdır. Elmdə Askorbin turşusu kimi tanınan C vitamini orqanizm üçün həyati əhəmiyyət daşıyır.

Deyerler.org-un xəbərinə əsasən, limonad şəkərli və pəhriz kimi istifadə olunmaqdadır, arıqlamaq istəyənlər üçün də güclü bir maye sayılır. Eyni zamanda rahatlıq verən limonad, süni turşulu içkilərə nisbətən daha sağlamdır.

C vitamini orqanizm üçün ehtiyac yarananda suda həll edilən bir vitamindir. Bu səbəbdən orqanizmdə uzun müddət qalmadığı üçün gündəlik qəbul edilməli olan bir vitamindir. C vitamini çatışmazlığı dəri və diş ətlərində problemlərə səbəb olur.

Soyuqdəymə əleyhinə C vitamininin orqanizmə əsas faydalarından başqa xeyirlərini də saysaq;

Yaz aylarının ən böyük problemlərindən biri olan günəşin ultrabənövşəyi şüaların gözə verdiyi zərərləri aradan qaldırır, katarakt kimi xəstəliklərə qarşı müqavimət yaradır.

Soyuqdəymə əleyhinə tövsiyyə olunan C vitamininin orqanizmə başqa əsas faydalarını da sıralasaq aşağıdakı kimi olar.

1. Güclü bir antioksidant kimi orqanizmin immun sisteminin müdafiəsinə kömək edir.

2. Qanda şəkəri tənzimləyən təsiri ilə şəkər xəstəliyi ilə mübarizədə bu vitaminin mühüm yeri var.

3. Orqanizmdə histamin istehsalını azaldır. Bununla da bədəndəki allergik əlamətləri azaldır.

4. Sərbəst radikalların orqanizmə verdiyi zərərlərin qarşısını alaraq, sinir hüceyrələrini qoruyur.

5. İçindəki kalogen təsirilə dərinizi gözəlləşdirir və dəridəki qırışların qarşısını alaraq, daha cavan görünməni təmin edir.

6. Ürək damar xəstəliklərinə​ qarşı faydalıdır.

C vitamininin faydaları ilə yanaşı, limonadın digər faydaları bəs nədir?

1. Tərkibindəki sitrik turşusu​ civzələrlə mübarizədə mühüm rol oynayır.

2. Soyuqdəymə və qrip kimi, soyuqdəymə xəstəliklərində profilaktik təsir bağışlayır.

3. Ağız və dişlərdə bakteriyaları öldürərək, rahat, dərin, qoxusuz bir nəfəs təmin edir.

4. Toksinlərin xaric edilməsinə kömək edir.

5. Sakitləşdirici təsiri var.

6. Böyrəkdə daşın yaranmasının qarşısını ala biləcək təsiri var.

7. Ürək bulanmasının qarşısını alır.

Limonadın zərərləri və fəsadları nələrdir?

Təzyiqi aşağı salan xüsusiyyəti olduğu üçün aşağı təzyiqli xəstələr istehlak edəndə diqqətli olmalıdırlar. Orqanizmə çox turş qidaların qəbul edilməsi uzun müddətdə bədəni yorur və erkən qocalmaya səbəb olur. Süni limonadlardan çox evdə hazırlanan limonada üstünlük verməyinizi tövsiyə edilir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930