Tərəqqi yolu üçün ən ciddi amil
Mьəllif: admin1
Tarix: 7-07-2018, 11:02
Tərəqqi yolu üçün ən ciddi amil
“Nəhcul-bəlağə” təqvanı mənəvi və ruhi bir qüvvə kimi tanıtmışdır. “Həqiqətən, xatalar, günahlar, rəhbərliyi havayi-nəfsin ixtiyarına vermək - üsyankar at kimidir ki, yüyəni sahibinin əlindən düşmüşdür. Nətcədə bu at sahibini atəşə atar. Təvqanın məsəli aram və ram olan ata bənzəyir ki, yüyəni süvarinin əlindədir. Bu atlar rahat halda sahibini behiştə tərəfə aparar”.

Bu nurani kəlamda təvqa - nəfsinə hakim olan ruhi və mənəvi hal kimi təsvir edilmişdir. Təqvasızlıq isə havayi-nəfsinin mütisi olmaq deməkdir. İnsan bu istəklər qarşısında şəxsiyyətini əldən verər. Belə bir insan elə bir süvariyə bənzəyir ki, zəlil və zəifdir və yüyəni əlində tuta bilmir. Bu at da hara istəyirsə, onu aparır.

Təvqa sözü “Nəhcul-bəlağə” kiabında ən çox işlənən sözlərdəndir. Əgər bu kitabı on hissəyə bölsək, ən azı onun bir hissəsi təvqaya aid olar. “Nəhcul-bəlağə”nin nəzərinə görə təqva - ruhi bir qüvvədir ki, insanı mənəvi dəyərlərə tərəf çəkər. Alçaqlıqlardan və maddiyyatdan uzaqlaşdırar. Təqva elə bir mənəvi haldır ki, insan ruhuna şəxsiyyət və qüdrət verər, insanı öz maliki edər.

Təqva istedadların və qabiliyyətlərin çiçəklənməsinə səbəb olar. İnsanın elmi, biliyi və dünyagörüşü artar. İnsana tanıma qüdrətini verər. Ona şeytana qalib gəlmək üçün yardım edər. Təqvalı insan özünə etimad edir və tərəqqi yolundakı maneələri aradan qaldıra bilir.

İmam Əli (ə) buyurur: “Ey insanlar! Həqiqətən, Allahdan çəkinmək - hər bir qapının açarıdır. Axirət evinin dəyərli ehtiyatı, hər növ qulluqdan azad olmaq vasitəsi, hər bir həlakətdən nicata səbəb olar. Təvqanın sayəsində təkamül axtarışında olan qələbəyə tərəf qanadlarını açar və bədbəxtlikdən nicat tapar, hədəfi olanlar və kamal axtarışında olan cəmiyyət hər bir hədəfə və ali arzuya yüksələr”.

“Canım o sözün girovudur ki, deyirəm və özüm ona zaminəm. Şübhəsiz o cəmiyyət ki, keçmişdəkilərin əməllərindən ibrət alar, Allah qorxusu onları hər bir zülmə, günaha və nalayiq əməllərə düçar olmaqdan saxlayar. Ey insanlar! Ayıq olun ki, günahlar, çirkinliklər, üsyankar minik kimidir ki, zalımlar və günahkarlar ona əyləşiblər. Onları cəhənnəm quyusuna endirəcəkdir. Çünki bu günahın və zülmün qaçılmaz xasiyyətidir ki, hər bir günah və çirkinlikdən başqa bir çirkinlik doğar.

Lakin Allahdan çəkinmək aram miniyə bənzəyir ki, sahibi ona əyləşmiş və yüyənini əlində tutmuşdur. Onları behiştin qəlbinə qədər aparar.

Ona görə də o kəs ki, təvqa ətəyinə çəng vurar, ona yaxınlaşan çətinlikləri və təzyiqləri uzaqlaşdırar. Davamlı və yorucu çətinliklər asan olar. Əldən getmiş əzəmət, böyüklük yağışın iri damcısı kimi ona nazil olar, Allahın kəsilmiş rəhməti və mehri yenidən halına şamil olar. Nemətlər enəndən sonra cuşa gələr və azalmış bərəkət çoxalar”.

Beləliklə, İmamın (ə) bu nurani kəlamlarından belə nəticə çıxartmaq olar ki, təvqa insanın əldən verdiyi hər şeyi geri qaytarar: əzəməti, böyüklüyü, rəhməti, mehri, bərəkəti və sair. İnsan gərək həyatın hər bir sahəsidə təqvaya riayət etsin. Çünki həm bu dünyada və həm də axirətdə qələbə qazanmağın əsl yolu budur.




deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930