Çinar yarpağının bilinməyən faydası
Mьəllif: admin1
Tarix: 1-04-2017, 19:01
Çinar yarpağının bilinməyən faydası
Çinar yarpağından hazırlanan maddə bədənin hər bölgəsində əmələ gələn kirəcin azalmasında böyük fayda verir. Oynaq ağrılarının indiki dövrdə olduqca məşhur bir xəstəlik olduğunu ifadə edən mütəxəssislər çınar yarpağını rahatlıqla tövsiyə edirlər. Hər insan bədənində revmatizm kimi, oynaq narahatlıqları mövcuddur. Bunlar, əsasən yaşlı insanlarda müşahidə edilir. Kirəclənmə və revmatizm xəstəliyindən əziyyət çəkənlərə çinar yarpağından hazırlanan vasitə çox faydalıdır. İndi isə, gəlin bu vasitənin hazırlanması ilə tanış olaq:
2 ədəd böyük və təzə, ya da qurudulmuş çinar yarpağını soyuq suda yuyun və hissələrə ayırın. Bir stəkan xlorsuz suyu qaynatdıqdan sonra yarpaqları əlavə edin və ağzı bağlı olaraq 1 dəqiqə qaynadın. Qaynama müddəti tamamlandıqdan sonra, isti halda süzün. İlıq olduqdan sonra, axşam yeməklərindən əvvəl və gecə yatarkən için. İçmə arasında ən azı 3 saat fərq olmalıdır. Bu vasitənin qəbulunu 30 gün davam etmək lazımdır. 15 günlük istifadədən sonra, 3 gün fasilə verin və sonra 15 gün daha istifadə edərək 30 günü tamamlayın. Bu vasitə hər dəfə təzə olaraq hazırlanmalıdır.

Deyerler.Org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031