Gürcüstan parlamentinin sədri: “Novruz əsrlər boyu Gürcüstanda qeyd olunub, bu ənənə yenə də davam edəcək”
Mьəllif: admin1
Tarix: 22-03-2017, 21:08
Gürcüstan parlamentinin sədri: “Novruz əsrlər boyu Gürcüstanda qeyd olunub, bu ənənə yenə də davam edəcək”
“Novruz yalnız azərbaycanlıların deyil, bu bayramın sevincini duyan bütün insanların bayramıdır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Novruz bayramı münasibətilə azərbaycanlılara ünvanladığı təbrik məktubunda bildirib: “Gürcüstanda yaşayan azərbaycanlı həmvətənlərimizi, eləcə də bu sevinci bir-biri ilə bölüşən bütün insanları Novruz bayramı münasibətilə təbrik edirəm. Gürcüstan çoxmillətli bir ölkədir. Novruz bayramında min illərdir ki, gecə ilə gündüzün bərabərliyi qeyd olunur. Bu bayram əsrlər boyu Gürcüstanda qeyd olunub və bu ənənə yenə də davam edəcək. Novruz-yeniləşmə və yeni həyat deməkdir. Arzu edirəm ki, həmişə qeyd etdiyimiz Novruz bayramı sülh, əmin-amanlıq və firavanlıq gətirsin”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930