İnsanın ölümü kimin əlindədir?
Mьəllif: admin1
Tarix: 4-03-2024, 10:24
İnsanın ölümü kimin əlindədir?

Ustad Möhsün Qəraətidən maraqlı suallara cavablar

Quranda Allah bəzən bəzi işləri özünə nisbət verir və bəzən də həmin işi başqasına nisbət verər. Məsələn, insanın canını almaq barəsində.

Bir yerdə buyurar: “Allah insanların canını alar”. (“Zumər” surəsi, 42).

Başqa bir yerdə buyurar: “Ölüm mələyi Əzrail insanların canını alar”. (“Səcdə” surəsi, 11).

Başqa bir yerdə buyurur: “Mələklər insanların canını alar”. (“Ənam” surəsi, 61).

Hər üç ayə qəbul olunur. Belə ki, siz bir binaya baxanda deyə bilərsiniz:

- Bu binanı mühəndis və memar tikmişdir.

- Bu binanı bənna və fəhlə tikmişdir.

- Bu binanı sahibi inşa etmişdir.

Bütün bu deyilənlər doğrudur. Eyni zamanda deyə bilərik: açar qapını açar. Əlim qapını açar. Özüm qapını açaram. Çünki açar əlimin ixtiyarındadır və əlim də mənim ixtiyarımdadır.

Yuxarıdakı ayələrdə də yəqin ki, belə deyilir: Mələklər can alırlar. Əzrailə təhvil verərlər. Əzrail də Allaha təhvil verər.

Necə ki, Quran behişt əhli haqda müxtəlif şərhlər verər. Bir yerdə buyurar: “Allah onları su ilə doydurar”. (“İnsan” surəsi, 21).

Başqa yerdə buyurar: “Orada onlara zəncəfil qatılmış camdan içirərlər”. (“İnsan” surəsi 17).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930