İnsan orqanizmi haqqında maraqlı 17 məlumat
Mьəllif: admin1
Tarix: 29-03-2020, 20:57
İnsan orqanizmi haqqında maraqlı 17 məlumat
Hər bir insan öz bədənini tamamilə tanıdığını düşünür. Necə fəal olduğunu, gün ərzində nəyə ehtiyacı olduğunu, nələr etdiyini.

İnsan orqanizmi ən savadlı mütəxəssisləri, həkimləri, professorları və alimləri belə təəccübləndirəcək qarışıq və sirli bir mexanizmdir. Məhz bir neçə nümunə ilə bunu aydın başa düşə bilərik.

- Barmaq izi kimi dilimizin izi də tamamilə bənzərsizdir.

- Tək bir saç teli bir alma daşıya biləcək qədər güclüdür.

- Bir insanın ağzındakı bakteriyanın sayı dünya üzərində yaşayan insanların sayına demək olar ki, bərabərdir.

- Bir beyin impulsunun sürəti təxminən 400 km/saatdır.

- Qeyd edək ki, dünyada sadəcə 4 müxtəlif qan qrupu yoxdur. Ümumilikdə 29-dur. Bunların ən nadirləri Yaponiyadakı kiçik ailələr qrupu arasında geniş yayılmışdır.

- Yalnız 1 gün ərzində qanımız 19.3 kilometr yol qət edir.

- İnsan orqanizmindəki bütün sinirlərin ümumi uzunluğu 75 kilometrdir.

- Bir insan gündə təxminən 20.000 dəfə nəfəs alır.

- İnsan gözü 10 milyona qədər fərqli rəngləri ayırd edə bilər. Ancaq bunun çoxunu yadda saxlaya bilmir.

- Həyatı boyu insan qulağı böyüməyə davam edir. İldə millimetrin dörddə biri qədər.

- İnsanın ürəyi ildə 35 milyon dəfə vurur.

- İnsan orqanizmi hər növbəti gün dəri hüceyrəsindən məhrum olur. İldə itirilən dəri hüceyrəsinin çəkisi 2 kilo olur.

- Dərinizin 1 santimetrə qədər hissəsində təxminən yüz ədəd ağrı sensoru var.

- Orta hesabla insan həyatı boyunca, təxminən 35 ton ərzaq istehlak edir.

- Bir insan həyatının 5 ilini gözlərini qırparaq keçirir.

- Gülümsəmək üz əzələlərinin 43-nü hərəkətə gətirsə, ağlamaq üz əzələlərinin yalnız 17-ni hərəkətə gətirir.

- Asqırmağın sürəti təxminən 160 km/saatdır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930