Böyrək daşının doğru qidalanma ilə qarşısını alın
Mьəllif: admin1
Tarix: 6-03-2017, 21:16
Böyrək daşının doğru qidalanma ilə qarşısını alın
Araşdırmalara görə hər 10 adamdan birinin böyrək daşı ilə əlaqədar problemi olur. Yanlış qidalanma böyrək sağlamlığının pozulmasında əhəmiyyətli bir faktordur. Çox istehlak edilən bəzi qidalar böyrəkdə daşın meydana gəlməsinə yol aça bilər.
Ümumiyyətlə arıqlamaq üçün tətbiq olunan heyvani zülalla zəngin, aşağı karbohidratlı pəhrizlər böyrəklərdə daşın əmələ gəlmə riskini artırır. Yüksək zülal qəbulu kalsium, oksalat və urat kimi maddələri bədəndən uzaqlaşdırır. Bu vəziyyət böyrəklərdə daşın meydana gəlməsini asanlaşdırır.
Bədənin susuz qalması və hərəkətsiz həyat səbəbi ilə baş verən çəki artımı zamanla böyrəkləri yorur. Böyrək daşlarını əngəlləmək üçün əvvəlcə gündə 1.5-2 litr su içmək vərdişi yaratmaq lazımdır.
Çəki nəzarətini təmin etmək üçün çox ağır idmanlar edilməsinə ehtiyac yoxdur. Daimi olaraq gündəlik gəzinti, yüngül qaçışlar, velosiped sürmək artıq çəkilərdən xilas olmağı təmin edəcək. Nizamlı idman edərək diabet, hipertoniya kimi xəstəliklərdən qoruna bilər və böyrəklərə verə biləcək zərərlərin qarşısını ala bilərsiniz.

Deyerler.Org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930