Ayətullah Şəbistəri "Ermənistan işğalçıdır"
Mьəllif: Ahlibeyt
Tarix: 28-02-2017, 10:20
Bцlmə: Xəbərlər
Ayətullah Şəbistəri "Ermənistan işğalçıdır"
İslamazeri.az-ın “Tasnimnews”-a istinadən verdiyi xəbərə əsasən, İranla Azərbaycanın müştərək məzhəb, mədəniyyət və dilə sahib olduğunu deyən Ayətullah Xameneinin Təbrizdə olan nümayəndəsi Ayətullah Şəbistəri deyib: “İki ölkənin əlaqələrinin möhkəmlənməsinə səbəblərdən biri, məhz məzhəblərinin şiə olmasıdır. Müsəlmanlar vəhdətlərini qorumağı bacarmalıdırlar. Bu baş versə düşmənlər geri çəkiləcək və müharibəyə ehtiyac qalmayacaqdır. Bəziləri müsəlmanlar arasında ixtilaf yaratmaq niyyətindədirlər. Bu hücumlara cavab olaraq İran və Azərbaycan ortaq və iqtisadi əlaqələri genişləndirməli və viza rejimi ləğv etməklə, vətəndaşların rahat formada ölkəyə səfər etməsinə şərait yaratmalıdır. Bu iki ölkə bir-birnin istehsal etdiyi malları alıb-satmalıdır."

Daha sonra İmam cümə Ermənistanı qəsbkar adlandırıb: "İsrail rejiminin Fələstini qəsb etdikləri kimi, ermənilər də Qarabağı işğal ediblər.”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031