Ərdoğan Gülənə qarşı kiminlə birləşdi?
Mьəllif: admin1
Tarix: 4-06-2014, 09:56
Bцlmə: Xəbərlər
Ərdoğan Gülənə qarşı kiminlə birləşdi?

Türkiyə ilə Rusiyanın Fəthullah Gülənə qarşı birləşdiyi qeyd olundu.
Yaxın Şərqlə əlaqədar yazıları bilinən ABŞ mərkəzli Al-Monitor saytı Rus Elmlər Akademiyasının Şərq Etude İnstitutu rəhbəri və Moskva Dövlət Universiteti müəllimlərindən Prof. Dr. Vitaly Naumkinin Türkiyə- Rusiya əlaqələrinin dəyərləndirildiyi bir açıqlamaya yer verdi.

Gülən mövzusunda ortaq nöqtə tapıldı
Xarici işlər naziri Əhməd Davudoğlunun ötən günlərdə Moskvaya etdiyi səfərə diqqət çəkilən açıqlamada "Türkiyə ilə Rusiya Gülən mövzusunda razılığa gəldi" başlığı altında iki ölkənin Suriya mövzusunda fərqli düşünməyi davam etdirsə də Davudoğlunun "Gülən mövzusunda Rus hökuməti ilə ortaq nöqtəyə gəldiyi" fikri dilə gətirilir.

Krım əlaqələri zəhərləmədi
Rusiya ilə Türkiyə arasındakı münasibətlərin Suriya böhranı və Rusiyanın Ukraynadakı hadisələr səbəbindən Qərb ilə əlaqələrin pozulmasının ciddi bir şəkildə sınanmasına baxmayaraq "sabit və dostluq şəraitində" olmağa davam etdiyi ifadə edildiyi açıqlamada Moskvadakı danışıqlarda müzakirə olunan Krım probleminin iki ölkə arasındakı əlaqələri "zəhərləmədiyi kimi Türkiyənin uzun müddətli maraqları və qayğıları nəzərə alaraq yeni əməkdaşlıq imkanlarını ortaya qoyduğu" qeyd olunur.

Enerji sahəsində əməkdaşlıq
Moskva mərkəzli Strateji və Siyasi Etüdlər Mərkəzinin başçısı da olan Naumkin açıqlamasında iki ölkə arasında enerji sahəsindəki əməkdaşlıq imkanlarına vurğulayaraq ruslar tərəfindən inşa ediləcək Türkiyənin ilk nüvə stansiyası ilə bağlı işlərin müsbət bir şəkildə inkişaf etdiyini bildirdikdən sonra xülasəylə bu fikirlərə yer verir:

Gülənə qarşı münasibət Türkiyə və Rusiyanı birləşdirir
"Paradoksal olaraq Rusiya ilə Türkiyə arasındakı yaxınlaşmağa təşviq edən bir ünsür Moskvanın Fəthullah Gülənin fəaliyyətlərinə qarşı həddindən artıq mənfi mövqeyidir. Keçmişdə Baş nazir Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyasının (AKP) bu İslami camaatın lideri ilə müttəfiq olduqları dövrdə Moskvanın mövqeyi Ankara üçün narahatedici idi. İndi isə, AKP lideri ilə ABŞ-da yaşayan Gülən arasındakı Soyuq müharibənin alovlanmasıyla Moskvanın rəftarı, onun (Gülənin) fəaliyyətini məhdudlaşdırmaq məqsədiylə ortaq hərəkətlərin görülməsinə şərait yaradır".

Gülənin kitabları radikal elan olundu
Açıqlamada Rusiyadakı Gülən camaatı məktəblərinin bağlanıldığını, Gülənin bir çox kitabını bir Rus məhkəməsinin qərarı ilə "həddindən artıq radikal nəşrlər" siyahısına salınmasına diqqət çəkildikdən sonra "ancaq Rus ictimaiyyətinin bir ideoloq olaraq Gülənə qarşı münasibəti normaldır" deyilir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031