Vəhabilik və qəbirlərə təbərrük
Mьəllif: admin1
Tarix: 1-06-2014, 01:31
Bцlmə: Xəbərlər
Vəhabilik və qəbirlərə təbərrük

Xəstələrin Mədinə torpağı ilə müalicə olunmaları haqqında hədislər
1. Səmhudi deyir: "İbn Nəccar və İbn Cövzinin kitablarında qeyd olunan bir hədisdə deyilir: "Mədinə torpağı cüzam xəstəliyinin dərmanıdır".

2. İbn Əsirin[46] "Cameul-üsul" əsərində Səddən nəql etdiyi rəvayətdə deyilir: "Peyğəmbər (s) Təbuk döyüşündən qayıdarkən bir çox möminlər onu qarşılamağa tələsirdilər. Nəticədə havaya çoxlu toz-torpaq qalxdı. Peyğəmbəri (s) müşayiət edənlərin bəzisi burunlarını tutdular. Peyğəmbər (s) isə üzündə olan örtüyü götürərək buyurdu: "And olsun canım əlində olan yaradana! Həqiqətən, Mədinə toz-torpağı hər bir dərdə (xəstəliyə) dərmandır".

3. Əbu Sələmədən nəql olunan bir rəvayətdə deyilir: "Peyğəmbər (s) buyurmuşdur: "Mədinə torpağı cüzam xəstəliyini sağaldır". (Əbu Sələmə bu hədisi dedikdən sonra sözünə davam edərək deyir:) "Biz cüzam xəstəliyinə tutulmuş və Mədinə torpağından istifadə edərək sağalmış insan görmüşük. O, bu xəstəliklə bağlı çox ziyan çəkmişdi. Onu evindən çıxararaq (Quba yolunun üstündə yerləşən Bəthan vadisindəki) ağ torpağa tərəf getməyə vadar etdik. O, özünü torpağa sürtdü və evinə gətirmək üçün həmin torpaqdan götürdü və həqiqətən də bunun xeyrini gördü".

4. İbn Zübalə, Yəhya ibn Həsən ibn Cəfər əl-Ələvi və İbn Nəccarın nəql etdiyinə görə, Peyğəmbər (s) Bəni-Haris qəbiləsinin yanına gəldikdə onları təngnəfəs və pərişan görüb buyurdu: "Nə üçün xəstəliyə tutulmusunuz?" Onlar: "Ey Allahın rəsulu, qızdırma bizi bu hala salmışdır", - deyə cavab verdilər.

- Siz ki, Süheybə yaxınsınız!

- Süheybin bu məsələyə nə aidiyyatı var?

- Torpağından götürün. Sizdən biri ağzının suyunu torpağın üstünə töküb desin: "Pərvərdigara, bizim torpağımız ağzımızın suyu ilə, sənin iznin sayəsində xəstəliyimizin şəfasıdır". Onlar bu işi gördülər və qızdırmaları düşdü". İbn Nəccar sözünü davam etdirərək deyir: "Əbül-Qasim ibn Yəhya Ələvinin verdiyi məlumata görə, Süheyb, Bəthan vadisində yerləşən bir dərədir. Hansı ki, orada bir quyu var və camaat oranın torpağından götürür. İndi də vəba xəstəliyinə tutulanlar oranın (həmin quyunun) torpağından götürürlər".

İbn Nəccar deyir: "Mən o quyunu gördüm. İnsanlar oradan torpaq götürür və deyirdilər: "Buranın torpağından müalicə üçün istifadə edib bunun bir həqiqət olduğunu görmüşük". Mən də həmin quyudan azacıq torpaq götürdüm. Məlum quyu bu günə qədər qalır və el arasında məşhurdur. Əhali oranın torpağından götürür və müalicə üçün lazımi yerlərə aparırlar. Mən götürdüyüm torpaqdan bəzi dostlarım üçün də müalicə məqsədi ilə istifadə etsinlər deyə göndərdim".

Səmhudi də Zərkeşinin sözlərindən sonra deyir: "Hərəmin torpağının daşınılmasının qadağanlığı Həmzənin məzarının torpağına aid deyil. Çünki müsəlmanlar daim Həmzənin məzarının torpağının başağrısı üçün lazımi yerlərə aparılmasının icazəli olduğunu yekdilliklə qəbul etmişlər".

1. Cabir ibn Abdullah Ənsari[48] deyir: "Mən Peyğəmbərlə (s) birlikdə idim. Mindiyim dəvə xəstə idi. Buna görə də karvandan dala qaldım. Peyğəmbər (s) qayıdaraq məndən – "Nə üçün karvandan dala qalmısan?" – deyə soruşdu. Mən: "Dəvəm xəstədir", – deyə bildirdim. Peyğəmbər (s) dəvənin quyruğunu sıxdı və dəvə sürətini artırdi. Mən bu üsuldan istifadə etdiyim üçün həmişə öndə olurdum. Mədinəyə yaxınlaşdıqda Peyğəmbər (s) mənə buyurdu:

- Dəvən sağaldımı?

Mən:

- Xəstədir! – dedim.

- Dəvəni mənə sat!

- Sizin olsun, onu sizə bağışladım.

- Yox, dəvəni qırx dirhəmə alıram. Sən dəvəyə min. Mədinəyə çatdıqda dəvəni mənim yanıma gətir.

Mədinəyə çatdıqda dəvəni Peyğəmbərin (s) yanına apardım. Peyğəmbər (s) buyurdu: "Ey Bilal! Cabirin pulunu hazırla. Bir karat da artıq ver". Orada dedim: "Söz verirəm ki, bu bir karat artıq qızılı ölüncəyə qədər özümdən ayırmayacağam. Elə də etdim. O bir karat qızılı kisəyə qoyub daim yanımda gəzdirirdim. Lakin "Hərrə" hadisəsi zamanı şamlılar Mədinəni qarət etdikdə Peyğəmbərin (s) yadigarını da məndən aldılar"[49].

Cabir ibn Abdullah Ənsari Peyğəmbərin (s) səhabələrindən idi və o həzrətin (s) ona verdiyi bir karat qızıla təbərrük edir və onu qoruyurdu. O, bunu Peyğəmbərin (s) öz dövründə edir, öldüyü günə qədər özündən ayırmayacağını söyləyirdi.

2. Peyğəmbərin (s) xanımlarından biri digər qadınlarla birgə Xeybərə getdi. Peyğəmbər (s) döyüş qənimətlərindən onların da payını verdi. O, digər qadınlar tərəfindən Peyğəmbərin (s) yanına gedib dedi: "Biz qadınlar da sizinlə Xeybərə gedib müsəlmanlara kömək etmək istəyirik". Peyğəmbər (s): "Allah xeyir versin!" – deyə müsbət münasibət bildirdi. O, deyir: "Biz Peyğəmbərlə (s) birlikdə yola çıxdıq. Xeybər fəth olunduqda bizə də bir pay düşdü. Peyğəmbər (s) mənim boynuma bir həmail (boyunbağı) saldı. And olsun Allaha! Heç bir zaman o boyunbağını özümdən ayırmadım, hətta öldükdə mənimlə birgə dəfn edilməsini vəsiyyət etdim"[50].

Peyğəmbərin (s) bu xanımı o həzrətin (s) toxunduğu boyunbağıya təbərrük edər və bununla iftixar edərdi. Belə ki, məlum boyunbağının onunla dəfn edilməsini vəsiyyət etdi. Lakin heç bir şəxs ona irad tutmadı, onu bidətçi, müşrik və ya kafir adlandırmadı.

Müəllif: Ustad Şeyx Nəcmüddin Təbəsi
nardaranpiri.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031