İmam Xomeyni (r.ə) dünyada azadlıqsevər inqilabların simvolu
Mьəllif: admin1
Tarix: 1-06-2014, 01:21
Bцlmə: Xəbərlər
İmam Xomeyni (r.ə) dünyada azadlıqsevər inqilabların simvolu

Yəmənin müştərək partiyalarının dövri sədri İİR-nın Banisini, islam və xristianlıq dünyasında azadlıqsevər inqilabların simvolu adlandırıb
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Yəmənin müştərək partiyalarının dövri sədri İİR-nın Banisini, islam və xristianlıq dünyasında azadlıqsevər inqilabların simvolu adlandırıb.Fars xəbər agentliyinə verdiyi müsahibəsi zamanı bu məqama toxunan Həsən Zeyd İmam Xomeyni (r.ə)-in, beynəlxalq müstəmləkəçilik və imperializm qarşısındakı müqavimət strategiyasını, dünya müstəzəflərini müdafiə etmə , ərəb və islam dünyasını birləşdirmək üzrə səyləri, habelə o həzrətin inqilabçı metodları və hərəkətlərini təqdirə layiq hasab edib.

Zeyd sonra deyib : İmam Xomeyni (r.ə) İranın tağut şahlıq rejiminin müstəmləkəçi və imperialist ölkələrlə möhkəm və dərin əlaqəsini, həmin hegemon ölkələrlə mübarizəyə çevirdi və ərəb və islam dünyasında müstəmləkəçilər qarşısında müqavimət ideyasının bünövrəsini qoydu.

Yəmənli alim 1994-cü ildə İran İslam Respublikasının Yəmənin birləşməsi istiqamətində ərazi bötüvlüyünü hiamyə etməsi və bütün sahələrdə bu ölkə xalqına təmənnasız yardımlar etməsinə işarə edərək deyib : Rəsmi Tehran Yəməndə daimi stabilliyin tərəfdarı olub və Tehran-Səna əlaqələrinin genişlənməsinə səy göstərib.
abna.ir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930