Misirli qari Rəhbər haqqında
Mьəllif: admin1
Tarix: 1-06-2014, 00:59
Bцlmə: Xəbərlər
Misirli qari Rəhbər haqqında

Ayətullah Xameneinin namazda oxuduğu Fatihə, zikrləri sevirəm.
Dünyada tanınmış misirli Quran qarisi və Quran müsabiqəsi üzrə münsif doktor Əhməd Nuəynə deyir: “Ayətullah Xamenei namazda Fatihə oxuyanda məndə “əlləzinə fi səlatihim xaşiun” ayəsinin ilahi təsiri oyanır... Ayətullah Xamenei ilə çox görüşmüşəm, sayı yadımda deyil. Bu görüşlərlə bağlı xatirələr yaddaşıma həkk olub. Bir dəfə mən Quran tilavətində zirvəyə qalxanda Rəhbər buyurdu ki, sən (ulduz) Sürəyyaya çatdın. Sonra dedi ki, Sürəyyanı da ötüb-keçdin. Bir dəfə onun görüşünə getdim, dedim ki, mən İmam Həsən (ə) nəslindən seyidəm. Bunu eşidən kimi ayağa qalxıb əba və yaşıl şalını mənə bağışladı. Bu mənim həyatda aldığım ən böyük hədiyyədir”.
Qari sözünə belə davam edir: “Bir görüşdə Quran oxumağımı çox bəyənən Ayətullah Xamenei buyurdu: “İndi çoxları Mustafa İsmaili təqlid edir. Məncə, sən təqlid etmirsən, sadəcə ona bənzər oxuyursan. Səsin onun səsinə oxşayır. Bəzi zərif nöqtələr də əlavə edirsən.” Başa düşdüm ki, Rəhbər tilavət qaydalarını kamil şəkildə bilir. Mən də Ayətullah Xameneinin namazda oxuduğu Fatihə, zikrləri sevirəm. Ayətullah Xamenei namazda Fatihə oxuyanda məndə “əlləzinə fi səlatihim xaşiun” ayəsinin ilahi təsiri oyanır. Onun səsi cazibəli və mənəviyyatlıdır. Təcvidə dəqiq əməl etməsi onun qiraətinə özünəməxsusluq verir.”

Vilayet.nur-az.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930