Heyrətamiz hadisə: 26 il əvvəl öldüyü düşünülən Həcc zəvvarı tapıldı!
Mьəllif: admin1
Tarix: 27-12-2016, 22:09
Bцlmə: Xəbərlər
Heyrətamiz hadisə: 26 il əvvəl öldüyü düşünülən Həcc zəvvarı tapıldı!
Məkkədə 1990-ci ildə baş verən faciədə öldüyü hesab olunan türkiyəli zəvvar Fahriye Karanın yaşadığı məlum olub.
Deyerler.org Hurriyet-ə istinadən xəbər verir ki, tamaşaçılar tərəfindən izah olunan hadisələr və göndərilən fotoşəkillər əsasında yaşadığı dəqiqləşən Fahriye Karanın axtarış işləri davam edir.
Müge Anlının “Tatlı Sert” proqramıyla əlaqə saxlayan tamaşaçılar Fahriye Karanı gördüklərini bildiriblər. Fahriye Kara bütün Türkiyə vətəndaşlarından onu Türkiyəyə aparmaları üçün kömək etmələrini istəyib. Yaşlı bir şəxs tərəfindən saxlanıldığını deyən Fahriye Karanın harada yaşadığı öyrənilməyə çalışılır.
Tamaşaçının telefon zəngindən sonra Müge Anlı belə bir açıqlama verib: “Biz hazırda o, xanımının hansı şəraitdə saxlanıldığını bilmirik. Cümə günü Mustafa bəy Fahriye Karanı 12 nəfərlə birlikdə axtaracaq. 3 nəfərlik 4 qrup yaradıblar. 4 fərqli yerdə axtarışlar aparacaqlar və Fahriye Karanın yerini tapmağa çalışacaq”.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031