İsrailli nazirdən yəhudilərə: Bura sizin torpağınız deyil, getmək vaxtıdır!
Mьəllif: admin1
Tarix: 27-12-2016, 12:42
Bцlmə: Xəbərlər
İsrailli nazirdən yəhudilərə: Bura sizin torpağınız deyil, getmək vaxtıdır!
İslamazeri.az-ın “The Jerusalem Post”-a istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman Fransada yaşayan yəhudiləri bu ölkədən getməyə səsləyib. O öz bəyanatını Parisdə keçiriləcək “Yaxın Şərq Sülh Konfransının” hazırlıqları fonunda edib.

“Fransadakı yəhudilərə “Bu sizin ölkəniz və torpağınız deyil, getmək vaxtıdır!” deməyin zamanı gəlib.”, - deyə Liberman bildirib.

Liberman məlum konfransı “İsrailə qarşı olan tribunal” adlandırıb. Onun fikrincə həmin konfrans İsrailə və onun təmiz olan adına ziyan vuracaq.

Qeyd edək ki, yanvar ayında Fransanın paytaxtında çoxtərəfli forum keçiriləcək. Təşkilatçıların fikrinə əsasən, forum Fələstin-İsrail münasibətlərini bərpa etməlidir. Buna baxmayaraq, İsrail konfransda iştirak etməkdən imtina edib və Fransanı da onu ləğv etməyə səsləyib.

İsrail Fələstinlə birbaşa danışıqların aparılmasına təkid edir. Çünki xarici təzyiqi olacağından və özü üçün əlverişli olmayan sülh şərtlərinin qəbul etdiriləcəyindən qorxur. Fələstin isə əksinə, konfransların keçirilməsini dəstəkləyir. Fələstinlilərin bəyanatlarına əsasən, ikitərəfli format özünü doğrultmayıb, israillilərlə danışıq aparmaq imkanları isə qeyri-bərabərdir.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031