Fatiməyə (s.ə) həqarət edilməsinə Əlinin (ə) sakit qaldığı doğrudur? (Cavab)
Mьəllif: admin1
Tarix: 29-05-2014, 17:50
Bцlmə: Xəbərlər
Fatiməyə (s.ə) həqarət edilməsinə Əlinin (ə) sakit qaldığı doğrudur? (Cavab)

"Belə bir mühitdə Haşimi oğulları ilə Teym və Adiy qəbilələri arasında yaşanacaq bir döyüş..."
İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, "Görəsən İmam Əlinin (ə) həyat yoldaşına edilən hörmətsizliyə səssiz qaldığı hadisəsi doğrudurmu?" sualına tanınmış təqdlid mərcələrindən Ayətullah Cəfər Sübhani cavab verib:

"Həqiqi qəhrəman, fiziki baxımdan cəsur olan deyil, ruhi baxımdan da qəhrəman olandır. Həqiqi qəhrəman İslamın məsləhətinə zidd olan əzələ nümayişindən çəkinən şəxsdir. Peyğəmbər (s) bir yerdən keçərkən bəzi insanların ağırlıq qaldıraraq güclərini sınadıqlarını gördü. Onlara belə buyurdu: "Ən güclü adam nəfsani arzusunu məğlub edən şəxsdir."

Əmirulmumininin (ə), İslam tarixində nümayiş etdirdiyi cəsarət və igidlik heç kimin inkar edə bilməyəcəyi bir mövzudur. Peyğəmbərimiz (s) onun Xəndək döyüşündə düşmənə endirdiyi həyati zərbəni "Bütün insanların və cinlərin ibadətindən üstün" saymışdır. Lakin Rəsulullahın (s) vəfatından sonra yaranan mühitdə İslamın məsləhəti o Həzrətin (ə) səbr etməsini zəruri etmişdir. Çünki Mədinədəki münafiqlər iş başında idilər. Mədinə xaricindəki ərəblər İslamdan çıxmış, mürtəd olmuşdular. Belə bir mühitdə Haşimi oğulları ilə Teym və Adiy qəbilələri arasında yaşanacaq bir döyüş, yeni cücərməyə başlamış İslam ağacının qurudulmasına səbəb ola bilərdi. İmamın (ə) özü bu mövzuda belə buyurmuşdur:

Allaha and olsun, Peyğəmbərdən (s) sonra ərəbin bu işi (xilafət məsələsini) Əhli-Beytdən (ə) alıb başqasına həvalə etmələrini və mənə əngəl olmalarını ağlıma belə gətirmirdim. Camaatın filankəsə beyət etməsi məni narahat etdi. İnsanların dindən döndüklərini, xalqı Məhəmmədin (s) dinini məhv etməyə çağırdıqlarını görənə kimi əl saxladım, səbr etdim. Qorxdum ki, İslam və müsəlmanlara kömək etməyə başlamasam, onda nöqsan və dağıntı (yaranmasını) görərəm. Çünki bu müsibət mənim üçün az bir zaman davam edəcək, sonra ilğım kimi yoxa çıxacaq və bulud kimi dağılacaq xilafətdən, sizə əmir olmaqdan daha böyük idi. Həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxdım. Batil yox olana və din tamamilə sabitliyə qovuşana kimi mübarizə apardım. (Nəhcül-bəlağə 62-ci məktub)"
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930