Hər bir cəmiyyət yalnız namaz qılmaqla doğru yolu və təyyibə həyatı əldə edə bilər
Mьəllif: admin1
Tarix: 8-12-2016, 20:29
Bцlmə: Xəbərlər
Hər bir cəmiyyət yalnız namaz qılmaqla doğru yolu və təyyibə həyatı əldə edə bilər
Ali Rəhbər Ayətullah Xamenei ölkədə keçirilən 25-ci Ümummilli Namaz Qurultayına müraciət ünvanlayıb.

Maide.Az xəbər verir ki, Ali Rəhbərin müraciəti bu gün səhər Əlborz əyalətində açılmış 25-ci Namaz Qurultayında Kərəc şəhərinin imam cüməsi və Ali Rəhbərin bu şəhərdəki nümayəndəsi Seyid Məhəmməd Mehdi Hüseyni Həmədani tərəfindən oxundu. Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Namaz, ümmətin bütün təbəqələrinin üzərinə açılmış bir qapıdır ki, onunla Allahın rəhmət və hidayətinə çatmaq, həyatı düzgün, xeyir və bərəkətlə dolu istiqamətə yönəltmək olar. Hər bir fərdin mənəvi sağlamlığı namaza bağlıdır. Hər bir cəmiyyət yalnız namaz qılınmaqla doğru yolu və təyyibə (pak) həyatı əldə edə bilər. Kitab və sünnədə namaz qılınmasına bu qədər təkid edilməsinin məqsədi, bu rəhmət qapısının müsəlman fərd və cəmiyyətin üzünə açıq qalması və ondan bəhrələnməsinə görədir.

Uzun illərdir ki, islami İranda bu şüar əldə tutulub:

“الَّذینَ إِن مَکَّنّاهُم فِی الأَرضِ أَقامُوا الصَّلاة...”

O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar....

Və hər il mücahid, əzmkar və yorulmaz alim, cənab hüccətül-islam Qiraətinin təşəbbüsü ilə bu qurultay keçirilir və namazın geniş yayılmasının və namazların keyfiyyətinin yaxşılaşdırılmasının zəruriliyi təkrar vurğulanır. Buna baxmayaraq etiraf etməliyik ki, bizim fərdi və ictimai problemlərimizin əsas dərdi olan bu ilahi fərizənin haqqı ödənilməyib. Namazın qılınmasına görə biz məsul şəxslər, natiqlər, xətiblər, ölkənin işlərini idarə edənlər, biz ruhanilər və dinin təlim və təbliğini aparanlar, bütün insanlar və cəmiyyətin bütün təbəqələri məsuliyyət daşıyır. Hamımız çalışaq ki, Quran və hədislərdə sifariş olunduğu kimi namaz layiqli yerini tapsın, tanınsın, tanıtdırılsın və öz şəxsi əməllərimizdə ona daha yüksək yer verilsin.

Uca Allahdan sizin hamınıza, xüsusilə də əziz və dəyərli ruhanimiz Höccətül-İslam vəl-muslimin Qiraətiyə uğurlar diləyirəm”.

Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031