“Bütün dövlətlər Suriyadan və müqavimətdən üzr istəyəcək”
Mьəllif: admin1
Tarix: 26-05-2014, 17:14
“Bütün dövlətlər Suriyadan və müqavimətdən üzr istəyəcək”
Dünən Livanda “Müqavimət”-in 14-üncü il dönümü təntənəli şəkildə qeyd edilib

İslamazeri.az-ın “Əl-Mənar”-a istinadən verdiyi xəbərə əsasən, Livan “Hizbullah”-ının baş katibi Seyid Həsən Nəsrullah ölkə “Müqavimət”-inin 14-üncü il dönümü günü münasibətilə çıxış edib.

O, çıxışında Suriya və bu ölkədə olan böhrana toxunaraq bildirib: “Suriya və “Müqavimət” bu döyüşdə qalib olacaqlar. Mən bu gün sizə niyə Suriyanın yanında olmağımızın səbəbini açıqlamaq istəyirəm. Qeyd edim ki, Suriya Ərəb ölkələrinin qəlbi olub və İsrailin bölgədə inkişafına müqavimət göstərən yeganə ölkə olub. Şərqi Ərəb ölkələrini Fəratadək irəliləmək istəyən İsrailin caynağından qoruyub. Bu ölkə daima İsrailin qarşısında möhkəm qala missiyasını icra edib. Suriya düşmənlə əlaqədə olmamaq fəxrinə həmişə sahib olub və İsraillə hər növ əlaqəni geri çevirib. Ərəb ölkələri arasında “Müqavimət”i dəstəkləyən yeganə ölkə Suriya olub və biz indi onu dəstəkləyirik. Bizi müdafiə edəni niyə də dəstəkləməyək? Sionistin hədəflərindən biri bölgədə məzhəb ixtilafını salaraq insanları parçalamaqdır. Yəni söz budur ki, ölkəmiz silahlı qrupların sayı qədər bölünməlidir. Misal olaraq İŞİD və “Nusra” kimi iki qrupun müqabilində lazım gələrsə 2 dövlət yaradılmalıdır. Bizim yadımıza gəlir ki, sionistlər Fələstinin işğalı üçün insanları dünyanın hər yerindən necə ora axın-axın daxil edirdilər. Tarix təkrarlanır. Sionist və Qərb onların hədəflərini təhdid edən Suriya və “Müqavimət”i devirmək üçün bu ölkəyə dünyanın hər guşəsindən silahlı şəxslər daxil edirlər. Bu layihədə Suriya hədəfə alınıb və bölgə bunun sayəsində geriləyib. Onlar dünyanın bir çox yerlərindən insanları Suriyaya daxil edərək bu ölkə və “Müqavimət”-i devirmək istəsələr də bunun olmayacağını anlayıblar və bu ölkəyə gətirilənlər gəldikləri yerə qayıtmaqdadırlar.”

O, sözlərinin davamında İsrailin Suriyada olan təsirinin üzə çıxmasından söz açaraq bildirib ki, “Suriyada olan müxalif dəstələrin ümidsizliyi o həddə çatıb ki, məğlub olmuş dəstələr İsraillə görüşür. Biz hazırda Qolan sərhədlərində İsraillə əlaqəni aşkarcasına müşahidə edirik. Suriya ordusuna məxsus olan məkanları İsrail bu dəstələrin xeyrinə olaraq məhv edir. Biz bu gün Qolan sərhədlərində yeni layihənin şahidiyik və bu məsələ Fələstinlilər və Suriya xalqına ümidsizlikdən başqa bir şey gətirməyəcək. Bu böyük bir təhdiddir. Lakin bütün bunlara baxmayaraq Suriya müqavimət nümayiş etdirdi. Bu gün Suriya inkişaf etmədədir və bütün problemlərə baxmayaraq, prezident seçkilərinə hazırlaşması buna əyani sübutdur. Bu gün də bu seçkiləri əngəlləmək üçün əllərindən gələni edirlər. Seçkilərdə iştirak etmək müxalif dəstələrin fikrinə görə qadağan olsa da, bu iş icra olunacaq. 2006-cı ildə təyin olunan missiya Livan torpaqlarında icra olundu. Livan xalqı bunun müqabilində durdu və müqavimət göstərdi. Bu gün isə düşmən yeni layihə ilə gəlib və meydan Suriya torpaqlarıdır. Bu gün Suriyanın dostları onun yanındadırlar. Bəziləri deyirlər ki, Suriya dövlətinin lehinə vuruşanlar filankəsin adamlarıdır. Xeyir bu düz deyil. Sadəcə olaraq bəzi dostlar bu köməkləri Suriya xalqına təqdim ediblər.”

Seyid Həsən Nəsrullah bu layihənin də məhvə uğrayacağını qeyd edərək bildirib: “Bu layihənin məhvi də artıq başlayıb. Sizə deyim ki, Suriyaya qarşı başlayan döyüş məğlubiyyətə uğrayacaq, Suriya xalqı və “Müqavimət” qalib gələcək və düşmənin öz ideologiyasını müsəlman xalqına yeritməyə icazə verməyəcək. Həqiqətlərin aşkarlanacağı, bütün dövlətlərin Suriyadan üzr istəyəcəyi və müqavimətinə görə ona təşəkkürünü bildirəcəkləri gün yaxındadır. Çünki bu müqavimətlə hansı təhlükələri aradan apardıqlarını anlayacaqlar. Hətta Suriya böhranına dəstək verən ölkələr də bir gün gəlib bizdən üzr istəyərək “afərin sizə” (Əhsəntum) deyəcəklər.”

islamazeri.az
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031