Ərbəin yürüşləri Qərb mediasında əks-səda doğurub (Video)
Mьəllif: admin1
Tarix: 21-11-2016, 17:12
Bцlmə: Xəbərlər
Ərbəin yürüşləri Qərb mediasında əks-səda doğurub (Video)
Kərbəladakı Ərbəin mərasimlərində milyonlarla insanın yürüşü dünya mediasında geniş əks-səda doğurub.
İslaminSesi bildirir ki, bu barədə müxtəlif media orqanları məlumat yayıblar. ABŞ-da APTN telekanalı bu yürüşdən reportaj hazırlayıb. Associatedpress də bu yürüş haqqında xəbər verib.

Reuters Kərbəladakı Ərbəin mərasimlərinə geniş yer verərək təhlükəsizliyin ciddi şəkildə bərqərar edilməsini vurğulayıb.

Amerikanın “Huffington Post” qəzetində milyonluq Ərbəin ziyarəti haqqında “Dünyanın ən böyük ziyarəti baş tutur, nə üçün onun haqqında eşitməyəsiniz!” adlı məqalə dərc olunub.

“Huffington Post” qəzetindən dərc olunan məqalədə: "Əgər həqiqi İslamı tanımaq istəyirsənsə Ərbəin ziayrətinə get, ona görə ki, bu ziyarət dəyərlər və nümunələrin mərasimidir. Əgər İŞİD-i tanımaq istəyirsənsə Ərbəin ziyarətinə get və İŞİD düşmənlərini tanı!"- vurğulanıb.

Məqalədə Ərbəin ziyarəti dünyada ən böyük dini toplantı və ən əzəmətli ziyarət adlandırılıb. “Bu ziyarətə qatılanların sayı Hinduların hər 3 ildən bir təşkil etdiyi ən böyük və önəmli mərasimdə iştirak edənlərdən beş dəfə çoxdur. Bundan başqa Ərbəin ziyarəti təhlükəli şəraitdə hər an terrorizm və partlama ehtimalı olduğu bir halda baş verir və onlar bu hərəkətləri ilə dünyaya mesajlarını çatdırırlar“.

Məqalə müəllifi daha sonra Avstraliyadan olan xristian bir kişinin əhvalatını danışır. Bu kişi əzəmətli Ərbəin ziyarətini 2003-cü ildə televizorda gördükdən sonra Kərbəlaya gəlir və bu mərasimdə iştirak etməklə İslamı qəbul edir.

Məqalədə yazılıb ki, Haitidə baş vermiş zəlzələdən sonra ABŞ Müdafiə Nazirliyi yalnız 4 milyon dəfə yemək verə bildi, Ərbəin ziyarətində isə 200 milyon dəfə yemək hazırlanır və bunun hamısı xeyriyyəçilər vasitəsi görülür.

News From World isə bu yürüşlər zamanı təhlükəsizliyin yüksək səviyyədə təşkil olunmasında video reportaj hazırlayıb.



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031