Darçın çayı diş ətini müalicə edir və ağrıları sakitləşdirir
Mьəllif: admin1
Tarix: 17-11-2016, 19:02
Bцlmə: Xəbərlər
Darçın çayı diş ətini müalicə edir və ağrıları sakitləşdirir
Darçın çayının misilsiz faydaları:
Ağrıları rahatlaşdırır:
Bir fincan darçın çayı içmək müxtəlif ağrıları azaltmağa köməkçi olar. Araşdırmalara görə, darçının sahib olduğu bəzi maddələr təbii ağrıkəsici təsirini göstərir. Darçın həmçinin diş və diş ətlərinin ağrılarını da sakitləşdirməkdə olduqca təsirlidir. (faydalarizararlari.com)
Ağız sağlamlığını təmin edir:
Darçın çayı ağzınızı mikroblardan uzaqlaşdırdığı kimi, ağız sağlamlığını qorumağa da kömək edir. Dezinfeksiya və antibakteriyal xüsusiyyətləri sayəsində diş əti xəstəliklərinin və diş çürüməsinin də qarşısını almağa yardımçı olur. Bu da ağız gigiyenasına təmin edir. Bu səbəblə ağzınızı təmiz və sağlam saxlamaq istəyirsinizsə, hər gün 1 fincan içinə bal da əlavə olunmuş darçın çayı qəbul edin.
Antioksidantla zəngindir:
Darçın antioksidant baxımından olduqca zəngindir. Antioksidantlar, sağlamlığa zərər vuran zərərli maddələrə qarşı bədəni qoruyur və bir çox xərçəng növünə qarşı da qoruyucu maddə vəzifəsini görür.
Yaddaşı inkişaf etdirir: Bir araşdırmaya görə, darçın çayı beyin funksiyalarını inkişaf etdirməyə köməkçi olur. Əgər yaddaşınızı inkişaf etdirmək istəyirsinizsə, mütəmadi olaraq darçın çayı içməlisiniz. Bu yaddaşı aktiv saxlamaq üçün ən yaxşı üsuldur.

Deyerler.Org

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930