Harvard Universitetində "şeytan ayini" ilə bağlı qalmaqal yaşanıb
Mьəllif: admin1
Tarix: 24-05-2014, 14:35
Bцlmə: Xəbərlər
Harvard Universitetində "şeytan ayini" ilə bağlı qalmaqal yaşanıb

Amerikanın məşhur Harvard Universitetində şeytan ayininin keçirilməsi ilə bağlı qalmaqal yaşanıb.

AzadXeber.net-in verdiyi məlumata görə, mərkəzi Nyu-Yorkda yerləşən "Satanic Temple" (Şeytan Məbədi) adlı qrupun Massaçusetts ştatının Kembric şəhərində ötən həftə tələbələrin iştirakı ilə ayin keçirməsi narazılıqla qarşılanıb.

Katoliklərin lağ edilməsi ilə müşahidə olunan ayinə yerli xristianlar da etiraz edib. Belə ki, ayinin baş tutduğu saatda Harvard Universitetindəki düşərgələrin birində St.Paul kilsəsində 1500 adamın iştirakı ilə aksiya keçirilib.

Katoliklərə qarşı bu tip ayinin baş tutması Amerika mediası və ictimaiyyət nümayəndələrini də ayağa qaldırıb.
islammektebi.org
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031