Nəbz artımının səbəbləri nələrdir? – ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 16-11-2016, 10:41
Bцlmə: Xəbərlər
Nəbz artımının səbəbləri nələrdir? – ARAŞDIRMA
Nəbz sayı, ürəyin dəqiqə içərisində neçə dəfə hərəkət etdiyini göstərir. İnsan orqanizmində normal nəbz sayı yaşa, çəkiyə, duyğu vəziyyətə görə dəyişməklə birlikdə normal və sağlam bir insan üçün 60-100 arasında dəyişir.
Bəs nəbz artımının səbəbləri nələrdir? (sabah.com)
İdman (bu artım normaldır): İdman etməyin nəbzinizi yüksəltməsi çox normal bir haldır və əslində olması lazım olan bir hadisə kimi sayılır. İdmanınızın bədəninizə yaxşı təsir etdiyini göstərən əlamətlərdən biri də nəbz artımıdır.
Spirtli içki: Haram içki olan spirtli içki qəbul etmək, ruha vurduğu zərbələrlə yanaşı, ürəyə normadan xeyli artıq yük yükləyəcəkdir. Bu səbəbdən də, nəbz yüksələcəkdir. Nəticədə ürək zərər görəcəkdir. Bu isə, olduqca təhlükəlidir.
Ürək xəstəlikləri: Müxtəlif ürək xəstəlikləri həyəcana səbəb olur. Yüksək təzyiq, konjenital ürək xəstəliyi, aorta çatışmazlıqları nəbz artımına səbəb olan xəstəliklərdəndir.
Ağciyər xəstəlikləri: Emfizema və ya sətəlcəm kimi xəstəliklər, ürəyin qanın getməsi lazım olan yerlərə çatdırmaq məqsədilə artıq işləməsinə və bunun nəticəsində nəbz yüksəkliyinə səbəb olur.
Qorxu, stress: Qorxu və stress ürəyin sürətli artçasına səbəb olaraq nəbz artımına gətirib çıxarır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031